“Düzgün cavab” Azərbaycan və Rusiya gənclərini birləşdirdi
23.12.2015 [10:14]
Moskva Gənclər Parlamentarizmi Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş “Düzgün cavab” intellektual turniri keçirilib. Tədbirin təşkilatçıları Moskva Gənclər Parlamentarizmi Mərkəzi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) və O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının Azərbaycan klubu, turnirin aparıcısı isə məşhur bilici, “Büllur bayquş” mükafatının sahibi Rövşən Əsgərov idi.
Moskva Gənclər Parlamentarizmi Mərkəzinin nümayəndəsi Sergey Martınov turnir iştirakçılarını salamlayaraq komandalara uğurlu oyun arzulayıb və qeyd edib ki, bu cür tədbirlər Rusiya və Azərbaycan gəncləri arasında dostluğun möhkəmlənməsinə xidmət edir. S.Martınov RAGB ilə əməkdaşlığı bundan sonra da davam etdirməyə və müştərək layihələr həyata keçirməyə hazır olduğunu bildirib.
RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev RAGB sədri Leyla Əliyevanın turnir iştirakçılarına salamını çatdırıb. O deyib: “RAGB sədri Leyla Əliyeva tərəfindən qarşımıza qoyulmuş vəzifələrdən biri Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə inteqrasiyasını dəstəkləməkdir. Bununla əlaqədar, Moskva Gənclər Parlamentarizmi Mərkəzi ilə əməkdaşlıq etmək çox faydalıdır. RAGB yaxın vaxtlarda Rusiya və Azərbaycan gənclərinin yaxınlaşmasına yönəlmiş birgə layihələr həyata keçirilməsi barədə təkliflərlə çıxış edəcək”.
O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının Azərbaycan klubunun sədri Əli Əliyev turnirin keçirilməsini dəstəklədiyinə görə RAGB sədri Leyla Əliyevaya, həmçinin komandalara oyuna göstərdiyi marağa görə təşəkkürünü bildirib.
Turnirdə Moskvanın aparıcı ali məktəblərinin rusiyalı və azərbaycanlı tələbələrindən ibarət komandalar iştirak edib. Bir neçə saat davam edən intellektual mübarizədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Atropat” komandası qalib gəlib. İntellektualların gərgin mübarizəsinin finalında bu komanda RF Hökuməti yanında Maliyyə Universitetinin “Finansistı” komandasından üstün olduğunu sübut edib.
Qaliblərə RAGB-ın İntellektual kuboku təqdim edilib.
Turnir iştirakçıları müxtəlif nominasiyalarda fərqləndiriliblər: “Dünyanı gözəllik xilas edəcək” nominasiyasında - Aytən Məmmədova (Plexanov adına Rusiya İqtisad Universitetinin “Plexanovtsı” komandası); “Zəka aydınlığı və çevikliyi” nominasiyasında - Qabil Əbdülrəhmanzadə (RF Hökuməti yanında Maliyyə Universitetinin “Finansistı” komandası); “Qərarların müdrikliyinə görə” nominasiyasında - “Deti Femidı” komandası (O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyası); “Qələbə əzminə görə” nominasiyasında - “The Vışka” komandası (Ali İqtisad Məktəbi).
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Atropat” komandasının üzvü Ruslan Süleymanov turnirin ən erudisiyalı iştirakçısı hesab olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

