Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Çövkən milli oyunu üzrə yarımfinal və final qarşılaşmaları Binə Atçılıq Mərkəzində keçiriləcək

Çövkən milli oyunu üzrə yarımfinal və final qarşılaşmaları Binə Atçılıq Mərkəzində keçiriləcək

22.12.2015 [09:33]

Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində keçirilən Prezident Kuboku uğrunda X çövkən milli oyunu üzrə yarışların beşinci günü maraqlı qarşılaşmalarla yadda qalıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 20-də əvvəlcə çövkən milli oyunu üzrə 1/4 final qarşılaşmaları keçirilib. Oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
Ağstafa - Balakən 2:1, Ağcabədi - Bakı (“Köhlən”) 1:0, Bakı (“Polad”) - Ağdam 3:1, Bakı (“Sərhədçi”) - Laçın 1:0.
Ağstafa, Ağcabədi, “Polad” və “Sərhədçi” komandaları yarımfinala vəsiqə qazanıblar. Çövkən milli oyunu üzrə yarımfinal və final qarşılaşmaları dekabrın 22-23-də Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək.
Sürpapaq oyunu üzrə yarışın finalçılarının adları isə artıq məlumdur. Dekabrın 20-də keçirilən yarımfinal oyunlarında Balakən təmsilçiləri “Köhlən” komandasını 6-0, Laçın komandası isə Ağdam təmsilçilərini 1-0 hesabı ilə məğlub edib. Beləliklə, sürpapaq oyunu üzrə dekabrın 21-də keçiriləcək final oyununda Balakən və Laçın komandaları qarşılaşacaq.
Papaq oyunu üzrə yarışlar isə artıq başa çatıb. Bu oyun növündə Şəki komandası birinci olub. Sonrakı yerləri Qax və Oğuz komandaları tutublar.

Paylaş:
Baxılıb: 880 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31