Heydər məscidində Ulu öndərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
15.12.2015 [10:30]
Dekabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Heydər məscidində Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər məscidində ilk dəfə olaraq keçirilən mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, namaz qılınıb, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə tərəfindən moizə edilib.
Moizə zamanı şeyxülislam Allahşükür Paşazadə Ulu öndər Heydər Əliyevin ruhuna dualar oxuyub, Allahdan şəhidlərimizin ruhlarının şad olmasını diləyib. O, həmçinin “Günəşli” yatağının platformasında qəza nəticəsində həyatını itirmiş insanlara da Ulu Tanrıdan rəhmət diləyib.
Allahşükür Paşazadə Heydər Əliyevi ali mənəviyyat sahibi kimi dəyərləndirib. Bildirib ki, Heydər Əliyev kimi şəxsiyyətlər hər bir xalq və məmləkət üçün yüzilliklər ərzində tək-tək yetişir. Onun dövlətçilik, rəhbərlik qabiliyyəti dünya miqyasında hamıya məlumdur. Bu görkəmli şəxsiyyət həm də böyük mənəviyyat sahibi idi. Bu mənəviyyat onilliklərlə Onun Vətənə, millətə xidmətinin cövhərində olub.
Şeyxülislam A.Paşazadə Heydər Əliyevin qəlbən hər zaman imanlı insan olduğunu vurğulayaraq deyib: “Mən Onun necə imanlı olduğunun şəxsən şahidiyəm. Ulu öndərin Allah sevgisi, dinimizə müqəddəs yanaşması təbii ki, ailəsindən, mömin valideynlərindən qaynaqlanmışdı. Lakin O, bu sevgini həyatın bütün çətin dövrlərində hifz edərək daha da dərinləşdirməyə, kamilləşdirməyə nail olmuşdu”.
Daha sonra şeyxülislam Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O deyib ki, Heydər Əliyevlə ilk dəfə 1980-ci illərin ortalarında görüşüb: “O vaxt bizim görüşümüz haqda “Kommunist” qəzetində yazı da verilmişdi. O dövr üçün bu, imkansız olsa da, Heydər Əliyev məni qəbul etdi. Biz Heydər Əliyevlə Məkkədə olarkən O, mənə dedi ki, hər zaman buranı ziyarət etmək arzusunda olub. Azərbaycan 1990-cı illərin əvvəllərində dağılmaq üzrə idi. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin bünövrəsini qoydu. Onun yaratdığı dövlət bu gün dünyada tanınır”.
QMİ-nin sədri Azərbaycanda tolerantlığın dövlət siyasəti olaraq əsasının Ümummilli lider tərəfindən qoyulduğunu və bu xəttin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb, ölkəmizin mədəniyyətlərarası, dinlərarası dialoq, multikulturalizm sahəsində öncül rol oynamasının Heydər Əliyev irsindən qaynaqlandığını vurğulayıb.
Sonra Heydər məscidində Ulu öndərin xatirəsinə ilk dəfə olaraq ehsan mərasimi təşkil edilib, ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Ulu öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edib.
Qeyd edək ki, Ulu öndərin vəfatının ildönümü ilə əlaqədar Heydər məscidindən Nizami rayonundakı 1 saylı, Suraxanıdakı 2 saylı, Xəzər rayonundakı 3 saylı uşaq evlərinə, Nəsimi rayonundakı eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasına ehsan göndərilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

