SOCAR: Axtarışlar itkin düşmüş sonuncu işçi tapılanadək davam etdiriləcək
09.12.2015 [10:17]
Hazırda həm “Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin, həm də “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışları davam etdirilir. Axtarış-xilasetmə işləri bütün gecə ərzində aparılıb. Bu gün səhər saatlarından başlanılan axtarış əməliyyatlarına isə Fövqəladə Hallar Nazirliyinin əlavə 4 helikopteri, 3 yanğınsöndürən gəmisi, eləcə də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2 helikopteri və 5 axtarış gəmisi, ümumilikdə 6 helikopter və 8 gəmi cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 8-də saat 11-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.
O deyib: “Neft daşları”nın ərazisində gedən axtarışlar 3 istiqamətdə - helikopterlər, gəmilər və geofizika dalğıc gəmisi ilə həyata keçirilir. Bu ərazidə 2 dalğıc qrupu işləyir. “28 May” neft və qazçıxarma idarəsində isə dalğıc qrupunun əvəzinə xüsusi avadanlıqla təchiz olunan gəmi ilə suyun altında axtarışlar aparılır. Bütün bunlara baxmayaraq, axtarışlar hələ ki, nəticə verməyib.
Balamirzə Ağarəhimovun sözlərinə görə, platformadakı yanğının söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir. Platformada yanğın qismən azalsa da, hələ də söndürülməyib. Artıq meydançada müvafiq avadanlıq qurulub və bu işlər günün sonunadək yekunlaşacaq. Əraziyə yeni gəmi cəlb edilib və onun üzərində saatda 1500-2000 kubmetr su vurma qabiliyyəti olan nasos quraşdırılacaq.
* * *
Saat 16-da keçirilən mətbuat konfransında Balamirzə Ağarəhimov bildirib ki, “Günəşli” sahəsindəki yanğının söndürülməsi işlərinə bir neçə xarici mütəxəssis cəlb olunub. Baş vermiş hadisə ilə əlaqədar itkin düşmüş işçilərin axtarışı və yanğının yaratdığı fəsadların aradan qaldırılması üzrə işlər davam etdirilir. “Təəssüf hissi ilə qeyd etməliyəm ki, nə “Neft daşları”nda, nə də “Günəşli” sahəsində itkin düşən işçilər hələ ki, tapılmayıb. Yanğının söndürülməsi ilə əlaqədar işlər davam etdirilir. Əlavə bir neçə xarici mütəxəssis bu işlərə cəlb olunub. Hazırda onlar 10 nömrəli özüldədirlər və araşdırmalar aparırlar”, - deyə baş mühəndis vurğulayıb.
* * *
Gün ərzində görülən işlərlə bağlı saat 20-də keçirilən sonuncu mətbuat konfransında danışan SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib: “Təəssüflər olsun ki, bugünkü axtarışlar heç bir nəticə verməyib. Axtarışlar davam etdirilir. Proqnozlara görə, havanın temperaturu dəyişəcək, küləyin sürəti artacaq. Küləyin sürətindən asılı olaraq, hava şəraiti imkan verdiyi müddətədək itkin düşmüş 26 işçinin axtarışları davam etdiriləcək və sonuncu işçi tapılana kimi bu axtarışlar aparılacaq”.
O deyib ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Özüldə elektrik enerjisinin və rabitənin bərpası ilə bağlı bu gün müəyyən addımlar atılıb.
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov isə qeyd edib ki, yanğının söndürülməsinə cəlb edilən “Boots&Coots” şirkətinin mütəxəssisləri 10 nömrəli özüldə vəziyyətlə tanış olublar. Hazırda onlar 5 nömrəli özüldə müzakirələri davam etdirirlər. Onlar öz texnikalarını sahəyə cəlb edərək yanğının söndürülməsinə kömək edəcəklər.
Onun sözlərinə görə, helikopterlərlə axtarış işlərinin aparılması hava şəraitindən asılı olacaq. Lakin 2 “Vixr-9” və 1 “Topaz” yanğınsöndürən gəmiləri işlərini davam etdirəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

