RAGB fəalları “Global Village” festivalında Azərbaycanı təmsil ediblər
27.11.2015 [09:52]
Rusiya XİN yanında Diplomatik Akademiyada gənclərin beynəlxalq “Global Village” mədəniyyət festivalı keçirilib. Tədbirdə akademiyanın Azərbaycan klubunun nümayəndələri Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə fəal iştirak ediblər.
Akademiyada təhsil alan müxtəlif millətlərin nümayəndələri, o cümlədən Azərbaycan, Rusiya, Moldova, Özbəkistan, Tacikistan, Qırğızıstan, Çin, Monqolustan və digər ölkələrin təmsilçiləri öz ölkələri barədə söhbət açmaq, milli mətbəxin ləziz yeməklərinə bir-birini qonaq etmək üçün bir yerə toplaşıblar.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev festivalın açılışında çıxış edib. O, akademiyanın müəllim və tələbələrini salamlayaraq qeyd edib ki, Azərbaycan öz milli və dini dözümlülüyü ilə fərqlənir. Diplomat deyib: “Azərbaycan xalqının zəngin dövlətçilik, multikulturalizm və tolerantlıq ənənələri var. Ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri dinc yanaşı yaşayır”.
O, dünyada yaranmış gərgin beynəlxalq vəziyyət barədə söhbət açaraq qeyd edib ki, biz yalnız birləşməklə müasir dövrün çağırış və təhdidlərinə qarşı dura bilərik.
RAGB idarə heyətinin üzvü Emin Haciyev tədbir iştirakçıların RAGB sədrinin salamlarını çatdıraraq qeyd edib ki, Rusiyanın aparıcı ali məktəblərində təhsil alan istedadlı azərbaycanlı gənclər çoxdur. Onlar RAGB-nin rəhbərliyi ilə müxtəlif beynəlxalq layihələrdə fəal iştirak edirlər.
Diplomatik Akademiyanın tələbələri və Azərbaycan klubunun fəalları Fərəh Nəcəfzadə, Tamara Məmmədova, Loğman Məmmədov, Ləman, Aydan və Dünya Dadaşova bacıları, Emin Rəhimov, Ramil İsmayılov, Tərlan Həsənov, Elşən Bənnayev və başqaları festivalın qonaqlarına Azərbaycan xalqının tarixi, mədəniyyəti və ənənələri barədə məlumat veriblər. Qonaqlar Azərbaycan mətbəxinin ləziz xörəklərinin dadına baxıblar. Ölkəmizə həsr edilmiş stenddə suvenirlər, milli geyimlər, məişət əşyaları, video və fotomateriallar nümayiş etdirilib.
RAGB-nin nəzarət-təftiş komissiyasının üzvləri İbrahim İbrahimov, Ruslan Eyvazov, Ramin Rəcəbov və digər fəallar tədbirdə iştirak ediblər.
“Azərbaycan” ansamblının üzvü Samirə Bayramovanın ifasında gecənin qonaqlarına parlaq bir musiqi nömrəsi təqdim edilib: O, “Sarı gəlin” Azərbaycan xalq mahnısının sədaları altında rəqs edib.
Xəbər lenti
Hamısına baxSiyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40

