Mətbuat Şurasının tədbirində media və məsuliyyət mövzusu müzakirə olunub
21.11.2015 [10:26]
Noyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşəbbüsü ilə “Media və məsuliyyət: mövcud durum və perspektiv məsələlərə baxış” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə informasiya agentliklərinin, qəzetlərin, internet xəbər saytlarının baş redaktorları, jurnalist təşkilatlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə son günlər bəzi media orqanlarının, xüsusən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhlərinin cəmiyyətdə yaratdığı vəziyyət müzakirə olunub.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək deyib ki, mətbuat ölkə ictimaiyyətində baş verən proseslərə hər zaman xüsusi həssaslıqla yanaşır. Həm cəbhə bölgəsində baş verən hadisələri, həm Milli Məclisə keçirilən seçkiləri və digər hadisələri nəzərə alaraq görürük ki, media öz işini lazımi qaydada yerinə yetirir və həssaslıq nümayiş etdirir. Təəssüf ki, bəzi hallarda xəbərlər mənbələrə baxmadan, onu dəqiqləşdirmədən, sadəcə ajiotaj yaratmaq məqsədilə yayılır. Bu, heç də ürəkaçan deyil. Mətbuat Şurasının monitorinq qrupunun ekspertləri tərəfindən son vaxtlar ölkədə baş verən hadisələrlə bağlı bəzi kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatların yayılmasının səbəbləri araşdırılıb. Məlum olub ki, bəzi mətbuat orqanları araşdırmalar aparmadan, imic xatirinə məlumat yayırlar. Təəssüf ki, bəzi xəbər saytları şantaj, təqib yolunu tuturlar, həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Həmin media qurumları ilə bağlı hüquqi addımların atılması mümkün olsa da, indiyə qədər bundan istifadə edilməyib. Amma bu, o demək deyil ki, onlar yalan məlumatlar yaymalıdırlar.
Sonra çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və başqaları yalan xəbər yayan mətbuat orqanlarına qarşı mübarizənin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar bu cür əsassız xəbər yayanları məsuliyyətli olmağa, dövlətçilik mövqeyindən çıxış etməyə çağırıblar. Çıxışlarda bu məsələ ilə bağlı monitorinq qrupunun yaradılması təklifi irəli sürülüb. Vurğulanıb ki, yalan, əsassız məlumatlar yayan saytların fəaliyyətinin araşdırılması və bununla bağlı ictimaiyyətin məlumatlandırılması önəmlidir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

