MDBMİ-də “Nə? Harada? Nə zaman?” oyunu üzrə turnir keçirilib
19.11.2015 [10:21]
Turnir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi turnir təşkil edib. Turnir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Azərbaycan həftəsi çərçivəsində keçirilib.
Turnirdə Moskvanın və Rusiyanın regionlarının müxtəlif ali məktəblərindən 23 komanda qalib adı uğrunda mübarizə aparıb.
Oyuna tanınmış bilicilər, “Büllur bayquş” mükafatının sahibləri Rövşən Əsgərov və Dmitri Avdeyev aparıcılıq ediblər.
Oyundan əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müşaviri, MDBMİ-nin məzunu Natiq Əliyev təbrik nitqi ilə çıxış edərək, Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən söz açıb. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan N.Əliyev deyib: “Azərbaycanda idman və mədəniyyət sahələrində islahatlar aparılır, xaricdə təhsil alan azərbaycanlı gənclərə xüsusi diqqət yetirilir”. Azərbaycan-Rusiya münasibətlərinin inkişafında və möhkəmlənməsində gənclərin rolunu qeyd edən N.Əliyev azərbaycanlı tələbələri rusiyalı yaşıdları ilə birgə layihələrdə daha fəal iştirak etməyə çağırıb.
Prezident Administrasiyasının nümayəndəsi dünyada terrorizm təhlükəsinə, o cümlədən Parisdə törədilmiş dəhşətli terror aktlarına da toxunaraq deyib ki, Azərbaycan terrorizmə və ekstremizmə qarşı mübarizədə fəal iştirak edir.
Sonra N.Əliyev iştirakçı komandaları təqdim edərək bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uzun illərdir “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilir, iştirakçı komandaların sayı durmadan artır. Bu il turnirdə ilk dəfə İjevskdən də komanda iştirak edir.
Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi əməkdaşı Solmaz Rüstəmova-Tohidi, RAGB-in idarə heyətinin üzvü Emin Hacıyev fəxri qonaqlar arasında olublar.
Bilicilər 28 suala cavab veriblər. “Nə? Harada? Nə zaman?” turnirinin ötən dəfəki qalibi, M.V.Lomonosov adına MDU-nun komandası bu dəfə də ən erudit komanda olub və bütün oyun boyu liderliyini qoruyub saxlayıb. Gümüş və bürünc medallara iddialı komandalar isə daim dəyişib. Ali İqtisadiyyat Məktəbinin komandası turnirin yekununda ikinci yeri tutub. MDBMİ-nin və RF Hökuməti yanında Maliyyə Universitetinin komandaları üçüncü yeri bölüşüblər.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

