Alimlərə yüksək dövlət mükafatları təqdim olunub
19.11.2015 [10:12]
Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin geniş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Akademik A.Əlizadə AMEA-nın 70 illik yubileyinə həsr olunan ümumi yığıncaqda Prezident İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərdən söz açıb. Akademik vurğulayıb ki, dövlətimizin başçısı nitqində Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən prioritetlərini elan edib, alimlər qarşısında həyata keçirilməsi zəruri olan yeni mühüm vəzifələr müəyyənləşdirib.
Akademik A.Əlizadə Azərbaycan elminin və alimlərimizin əməyinin daim dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıraraq bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyi münasibətilə akademiya əməkdaşlarının orden, medal və fəxri adlarla təltif edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb. Dövlətimizin başçısının digər sərəncamlarına əsasən, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə səkkiz nəfər Prezidentin fərdi təqaüdünə, yeddi nəfər isə Prezidentin fəxri diplomuna layiq görülüb.
Ali dövlət mükafatları sahiblərinə təqdim olunub.
İclasda Prezident İlham Əliyevin yubiley tədbirində irəli sürdüyü elmi prioritetlərin icrasını təmin etmək məqsədilə qərar qəbul edilib.
Sonra akademik Ramiz Məmmədovun “Ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri baxımından kompleks araşdırılması”, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevin “Qeyri-neft sektoru üzrə ixrac potensialının artırılması və sənayenin inkişafı prosesində elmin yaxından iştirakına nail olunması”, akademik Dilqəm Tağıyevin “Kimya Sənaye Parkının yaradılması prosesində Azərbaycan alimlərinin yaxından iştirakının təmin edilməsi” və akademik Qərib Məmmədovun “Ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi”, akademik Tofiq Hacıyevin “Azərbaycan dilinin saflığının qorunması istiqamətində dilçilik üzrə müvafiq tədbirlərin həyata keçirilməsi” və digər mövzularda məruzələr dinlənilib.
İclasda AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və tariximizin saxtalaşdırılmasının qarşısının alınması istiqamətində tarix elmi sahəsində uğurla həyata keçirilən araşdırmaların davam etdirilməsi, akademik İsa Həbibbəyli dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə müstəqillik dövrü Azərbaycan tarixinin yazılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

