Azərbaycan Mətbuat Şurasının bəyanatı
19.11.2015 [10:06]
Söz və ifadə azadlığı Azərbaycanda demokratik dövlət quruculuğu xəttinin mühüm tərkib hissəsidir. Mövcud istiqamətdə aparılan dövlət siyasətinin qayəsini hər bir vətəndaşın sərbəst şəkildə öz fikir və düşüncələrini bölüşməsinə müvafiq şəraitin yaradılması təşkil edir. Məhz bunun nəticəsidir ki, ölkədə kütləvi informasiya vasitələrinin kəmiyyət və keyfiyyət artımına xüsusi önəm verilir. Onların problemlərinin aradan qaldırılmasına, dövlət qayğısı ilə əhatə olunmalarına həssas yanaşılır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda öz əksini tapıb.
Bəyanatda bildirilir ki, istər media sahəsindəki qanunvericilik bazasının təkmilləşdirilməsinə, jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına, istərsə də medianın özünü tənzimləyən müstəqil ictimai institut kimi formalaşmasına yönələn tədbirlər fundamental səciyyə daşıyır. Azərbaycan Mətbuat Şurası da məhz bu yanaşmanın nəticəsi olaraq yaradılmış qurumdur, eyni zamanda, media mənsublarının azad düşüncə sahibləri olaraq demokratik dövlət quruculuğuna mühüm töhfəsidir.
Mətbuat Şurasının üzərinə götürdüyü başlıca missiya media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Şura ötən dövr ərzində media məkanımızın saflaşmasına, jurnalistlərin peşəkarlıqlarının artırılmasına çalışmaqla ümumən jurnalistikamızın cəmiyyət qarşısındakı nüfuzunun yüksəldilməsini başlıca hədəf seçib. Bu nüfuzun qorunması peşə borcunu ləyaqətlə yerinə yetirməkdən keçir. Həmçinin, hər bir vətəndaşın dövlətə, dövlətçiliyə inamının sarsılmazlığının təminatını şərəf işinə çevirir. Qətiyyətlə demək olar ki, mediamızın həm milli istiqlalımıza aparan yoldakı, həm də müstəqillik illərindəki fəaliyyəti bu baxımdan əlamətdar olub.
Lakin zaman-zaman jurnalist adından sui-istifadə hallarına da rast gəlinir. Bəzən ayrı-ayrı media orqanlarının hadisə və proseslərə münasibətdə tutduqları mövqe ictimai missiya əhəmiyyəti daşımır. Bunun ayrı-ayrı təzahür formaları yekunda vətəndaşın dövlətə inamını sarsıdır. Mətbuat Şurası təəssüf hissi ilə bildirir ki, son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhləri də mövcud prizmadan dəyərləndirilməkdədir. Şuraya ünvanlanan müraciətlərdə medianın bir növ ittiham mexanizminə, təlaş, həyəcan yaratmaq vasitəsinə çevrilməsindən ciddi narazılıq və narahatlıq ifadə olunur. Müraciətlərdə qabardılan daha bir məqam isə müxtəlif KİV-lərin guya müəyyən kompramat materiallara malik olmalarını bildirərək şantaja əl atmalarıdır.
Son proseslər fonunda Mətbuat Şurasının apardığı araşdırmalar onu da göstərir ki, ictimai rəydə qəbul edilən, cəmiyyətdə müəyyən oxucu kütləsinə malik media orqanları və internet xəbər saytlarının fəaliyyəti də narahatlıq doğurur. Bir çox hallarda onlar real nüfuza malik olmayan onlayn vasitələrin şəxsi mənafe və maraqlardan qaynaqlanaraq dövriyyəyə buraxdıqları mülahizələri mühüm informasiya kimi yayırlar. Şura belə xoşagəlməz meyillərin mövcudluğundan ciddi şəkildə narahatdır.
Mətbuat Şurası media-cəmiyyət münasibətlərindəki problem və çətinliklərinin hüquqi müstəviyə daşınmadan həllini həyata keçirmək üçün mükəlləfdir. Hər bir media əməkdaşının da cəmiyyəti doğru-dürüst şəkildə məlumatlandırmaq kimi mühüm peşə borcu, fəaliyyət azadlığı vardır. Bu missiya həm cəmiyyətin, həm də dövlətin bütövlükdə mütərəqqi media ictimaiyyətinə etimadının nəticəsidir. Hesab edirik ki, jurnalistlər mövcud məqamı daim nəzərə almalı, onlara bəslənilən inamı sarsıtmamalıdırlar. Bunun yolu isə hadisə və proseslərə münasibətdəki həssaslıqdan, obyektivlik və dəqiqlikdən keçir.
Bəyanatda deyilir: “Mətbuat Şurası ölkədə kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərdiyini bəyan edən media orqanlarını jurnalistika prinsiplərinə sadiq olmağa çağırır. Qurum bu sadiqliyi təkcə peşə borcunu ləyaqətlə yerinə yetirmək öhdəliyi deyil, müstəqil Azərbaycan Respublikasında qərarlaşmış qanunçuluğa, siyasi mövqeyindən, dünyagörüşündən asılı olmayaraq hər bir vətəndaşın dövlətə etimadının qorunmasına ehtiram əlaməti kimi dəyərləndirir. Şura bütün bunları nəzərə almayan, iradlardan nəticə çıxarmayan KİV-lər barədə müvafiq tədbirlərin görülməsi məqsədilə əlaqədar strukturlar qarşısında məsələ qaldıracaq və mövqeyində israrlı olacaq”.
Xəbər lenti
Hamısına baxSosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20

