MDBMİ-də “Azərbaycan həftəsi” açılıb
14.11.2015 [10:01]
Noyabrın 12-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) “Azərbaycan həftəsi” açılıb. Həftə çərçivəsində ilk tədbir Azərbaycan Konstitusiyası Gününə həsr edilib. Azərbaycan MDBMİ Klubu tərəfindən təşkil edilmiş tədbiri Klubun sədri Ceyhun Hüseynov açıb. O, tədbir iştirakçılarını Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə təbrik edib və Klubun fəaliyyəti barədə məlumat verib.
Sonra MDBMİ-nin prorektoru Artyom Malqin çıxış edib. O qeyd edib ki, belə tədbirlər universitetin tələbə və aspirantlarının intellektual potensialını ikitərəfli münasibətlərin xeyrinə səfərbər etməyə kömək edir. A.Malqin deyib: “Uşaqlara məsləhət gördüm ki, “Azərbaycan həftəsi”nin proqramı rəngarəng olsun, əyləncə tədbirləri ilə yanaşı, diskussiya xarakterli tədbirlər də nəzərdə tutulsun. Bundan əlavə, tövsiyə etdim ki, bu tədbirlərdə iştirak etmək üçün mümkün qədər çox sayda rus dostlar dəvət edilsin. Mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi çox vacibdir. Bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə töhfədir”.
Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova “Azərbaycan həftəsi” çərçivəsində “Azərbaycanın rəngləri” adlı xeyriyyə sərgisi keçirilməsi təşəbbüsünə görə MDBMİ-nin azərbaycanlı tələbələrinə təşəkkürünü bildirərək deyib: “Sevindirici haldır ki, bizim tələbələr başqasının halına acıyır, xəstə uşaqlara kömək edirlər”.
T.Əhmədova çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının yeni Konstitusiyası müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğuna keçid mərhələsi olub. O deyib: “Müstəqil Azərbaycan dövlətinin Əsas Qanununun hazırlanması və qəbul edilməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ən böyük xidmətidir. Ümummilli lider Konstitusiyanın işlənib hazırlanması üzrə xüsusi komissiyaya şəxsən özü rəhbərlik edib. Konstitusiyanın qəbul edilməsindən keçən 20 il ərzində Azərbaycan beynəlxalq birlikdə özünü uğurlu, nüfuzlu bir dövlət kimi göstərə bilib”.
Azərbaycanın Moskvadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev MDBMİ-nin azərbaycanlı tələbələrini onlarla eyni kursda oxuyan rusiyalı yoldaşlarını Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış etməyə çağırıb, çünki ikitərəfli əməkdaşlıq üçün ən möhkəm təməl məhz insani əlaqələr sayəsində yaranır. Diplomat deyib: “Rusiya Azərbaycan üçün mühüm strateji tərəfdaşdır. Təsadüfi deyil ki, hökumətlərarası komissiyanın bu yaxınlarda keçirilmiş 15-ci iclasında məhz humanitar əməkdaşlığa xüsusi diqqət yetirilib. Bu əməkdaşlıq çərçivəsində ali məktəblərarası mübadilə aparılır. Bu ay Rusiyanın təhsil naziri Dmitri Livanovun Bakıya səfəri və Rusiya-Azərbaycan Təhsil Təşkilatları Assosiasiyasının yaradılması məsələsinin müzakirəsi gözlənilir”.
RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev vurğulayıb ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi MDBMİ ilə sıx əməkdaşlıq edir, müxtəlif elmi və mədəni layihələr həyata keçirir. E.Hacıyev daha sonra qeyd edib ki, RAGB-ın sədri Leyla Əliyevanın təşəbbüsü ilə hər il rusiyalı tələbələr Azərbaycana səfər edir. Belə səfərlər təhsil və mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır.
“Nobel International Fraternity” Fondunun rəhbəri, iqtisadçı Filipp Nobel Rusiyanın və Azərbaycanın təhsil sistemlərinin hərtərəfli düşünülmüş və son dərəcə səmərəli sistemlər olduğunu qeyd edib. Nobellər ailəsinin varisinin sözlərinə görə, onun böyük qızı Bakıda təhsil alıb, ikinci qızı Sankt-Peterburqda oxuyur. Bu məsələdə Azərbaycanın və Rusiyanın xeyrinə seçim edilməsinin heç də təsadüfi olmadığını söyləyən Filipp Nobel daha sonra əlavə edib ki, MDBMİ Rusiyanın ən nüfuzlu ali məktəbidir və ola bilsin ki, onun kiçik qızı məhz bu instituta daxil olacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidinin sözlərinə görə, Rusiya ali məktəblərinin azərbaycanlı məzunları Azərbaycan dövlətçiliyinin təşəkkülündə mühüm rol oynayıblar. Bugünkü Azərbaycan ziyalılarının özəyini həmin məzunlar təşkil edir. O deyib: “Sovet dövründə azərbaycanlı gəncləri Rusiyaya təhsil almağa göndərirdilər. Rusiyanın ali məktəblərində oxumaq çox prestijli hesab edilirdi. Bu ali məktəblər siyahısında MDBMİ həmişə xüsusi yer tutub”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10

