Azərbaycandakı məzhəblərarası birlik İslam aləmi üçün nümunədir
07.11.2015 [10:24]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Şurasının iclasında iştirak etmək üçün Livanın paytaxtı Beyrut şəhərində səfərdə olub.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Allahşükür Paşazadə həmin məclisin 50 üzvündən biri seçilib, İslam aləminin nüfuz sahibi olan və çoxsaylı ölkələri təmsil edən alimlərinin iştirak etdiyi iclasda çıxış edib. O, çıxışında İslam aləminin üzləşdiyi problemlər qarşısında İslam həmrəyliyi, islami birliyin, xüsusən məzhəblərarası birliyin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.
Şeyxülislam Azərbaycanda tarixən mövcud olan məzhəblərarası birliyin Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da möhkəmlənməsi və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi İslam aləmi üçün nümunə olan birliyin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Paşazadə Azərbaycan ərazisinin beşdə birinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyon həmvətənimizin qaçqın və məcburi köçkün olduğunu, zəbt edilmiş ərazilərdə islami abidələrin, məscidlərin və ziyarətgahların da dağıdıldığını qeyd edib, yığıncaqda iştirak edən alimləri bunu pisləməyə çağırıb.
Sonda şeyxülislam A.Paşazadə ona böyük etimad göstərilərək İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Məclisinə üzv seçilməsi münasibətilə Ali Məclisin baş katibinə, təşkilatın rəhbərinə dərin təşəkkürünü bildirib.
İclas çərçivəsində şeyxülislam A.Paşazadənin təşkilatın və Ali Məclisin rəhbərləri ilə, habelə görkəmli İslam alimləri ilə ikitərəfli görüşləri də olub.
Livana səfəri zamanı şeyxülislam ölkə parlamentinin sədri Nəbih Birri ilə görüşüb. Görüşdə N.Birri Azərbaycanda keçirilən son parlament seçkilərini yüksək qiymətləndirib və seçkilərin demokratik şəkildə keçdiyini vurğulayıb.
Görüşdə hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə böyük ehtiyac olduğu, bu sahədə dini liderlərin də rolu qeyd edilib.
A.Paşazadə Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri bir daha həmsöhbətinin diqqətinə çatdırıb və Azərbaycan xalqının bu problemin sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu söyləyib.
Azərbaycanda Livan kimi çoxkonfessiyalılıq sahəsindəki oxşarlığı, Azərbaycanda məzhəblər və dini konfessiyalar arasındakı birlik və əməkdaşlığın çox yüksək səviyyədə olduğunu həmsöhbətinin diqqətinə çatdıran şeyxülislam bu birliyin başqa ölkələr üçün nümunə olduğunu xüsusi vurğulayıb.
Sonda N.Birri onun salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına çatdırılmasını xahiş edib.
Görüşdə QMİ sədrinin birinci müavini hacı Salman Musayev və xarici əlaqələr şöbəsinin müdiri M.Payızov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Dünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01

