“İl Primato Nazionale”: “ASAN xidmət” təcrübəsi dünya ölkələri üçün model ola bilər
06.11.2015 [10:10]
İtaliyanın “İl Primato Nazionale” xəbər saytında yayılan məqalədə Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin dünya ölkələri üçün model ola biləcəyi qeyd edilir.
Məqalədə əvvəlcə dövlət tərəfindən vətəndaşlara göstərilən xidmət sahəsində İtaliya təcrübəsi təhlil olunur və bu istiqamətdə müəyyən çatışmazlıqların olduğu vurğulanır. Diqqətə çatdırılır ki, bu ölkədə ictimai xidmətin müxtəlif sahələrinin bir mərkəzdə toplaşdığı və vətəndaşların rahat şəkildə yararlana biləcəyi mərkəz mövcud deyil.
Müəllif Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanda müvafiq sahədə öz effektivliyini təsdiq etmiş, şəffaflığın və ictimai xidmətlərin səmərəliliyinin artırılması istiqamətində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verir.
Məqalədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərlinin fikirlərinə yer verilib. O bildirib ki, “ASAN xidmət” mərkəzlərinin əsas hədəfi vətəndaşlara səmərəli xidmət göstərmək, sivil xidmət sahəsində peşəkarlığın artırılması və dövlət idarəçiliyində innovasiyaların tətbiqidir. Şəffaflıq və korrupsiya ilə mübarizə “ASAN xidmət” mərkəzlərinin əsas prinsipləridir. O deyib: “Agentliyin iş prinsipi elə qurulub ki, hər bir vətəndaş istədiyi vaxt əməliyyatları internet vasitəsilə izləyə bilər. “ASAN xidmət” mərkəzlərinin korrupsiya ilə mübarizə və şəffaflığın təbliği istiqamətində verdiyi töhfələr İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Komissiyası və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib”.
Yazıda bildirilir ki, Azərbaycanda tətbiq edilən “ASAN xidmət” modeli beynəlxalq arenada böyük marağa səbəb olub. Belə ki, qurum BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında, Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən və müxtəlif dövlətlərdən olan 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin “Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması” sahəsi üzrə qalibi olub. Hazırda 8 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir. Qurumun ən önəmli hədəflərindən biri şəffaflığı təmin etmək, vətəndaşlarla dövlət qurumları arasında əlaqələri asanlaşdırmaqdır.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

