Rusiyalı jurnalistlər Bakı Slavyan Universitetində olublar
31.10.2015 [09:37]
Parlament seçkiləri ərəfəsində Azərbaycana gəlmiş Rusiyanın aparıcı KİV nümayəndələri ilə oktyabrın 30-da Bakı Slavyan Universitetində (BSU) görüş keçirilib. Nümayəndələr əvvəlcə BSU-da fəaliyyət göstərən universitet muzeyində, Rus dili və mədəniyyəti mərkəzində olub və burada keçirilən dərslərdə iştirak ediblər.
Jurnalistlərlə görüşdə BSU-nun rektoru, professor Asif Hacıyev qonaqlara universitetin yaranma tarixi barədə məlumat verib. Bildirilib ki, BSU-da digər slavyan dilləri ilə yanaşı, rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə, jurnalistika və başqa sahələr üzrə mütəxəssis hazırlanır, habelə rusistikaya aid fundamental elmi tədqiqatlar aparılır. Rektor qeyd edib ki, universitet Rusiyanın bir çox nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq edir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirilir. Asif Hacıyev “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı, o cümlədən universitetdə fəaliyyət göstərən elmi laboratoriyalar və mərkəzlər barədə danışıb. BSU tərəfindən Moskva Dövlət Linqvistik Universiteti və Ural Federal Universitetində, eləcə də Belarus, Ukrayna, Bolqarıstan universitetlərində yaradılmış Azərbaycan dili və mədəniyyəti mərkəzləri haqqında da qonaqlara məlumat verilib. İsmayıllı rayonunun İvanovka kəndində kompakt şəkildə yaşayan malakan icması barədə danışan rektor qeyd edib ki, BSU-nun müəllim və tələbələri mütəmadi İvanovka kəndində folklor təcrübəsində olur, toplanmış folklor nümunələri kitab halında çapa hazırlanıb. A.Hacıyev Azərbaycanda rus dilinə böyük maraq olduğunu, bir çox məktəblərdə və universitetlərdə rusdilli bölmələrin, Rus Dram Teatrının fəaliyyət göstərdiyini və bunun dövlət tərəfindən dəstəkləndiyini vurğulayıb.
BSU-nun Sankt-Peterburq mərkəzinin rəhbəri, milliyyətcə rus olan dosent İrina İvanovna Qədimova Azərbaycana olan böyük məhəbbətindən danışıb. Gənclik illərindən Azərbaycanda yaşayan İ.Qədimova Leninqrad blokadası iştirakçısı kimi bu ölkədə ona və Bakı Slavyan Universitetində isə rus dili və mədəniyyətinə göstərilən qayğıdan söz açıb.
Tədbirin davamında qonaqlar tələbələrin suallarını cavablandırıblar. Rusiyalı jurnalistlər Bakı Slavyan Universiteti barədə xoş təəssüratlarını görüş iştirakçıları ilə bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

