“Azərbaycan multikulturalizminə səyahət” - çoxəsrlik dəyərimizlə əyani tanışlıq imkanı
30.10.2015 [10:25]
ABŞ-ın Sinay məbədinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
“Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
Ümummilli lider Heydər Əliyevin bu sitatı multikulturalizmin, tolerantlığın düşüncə tərzimizdə oturuşmuş bir fenomen olduğuna sübutdur. Multikulturalizmi dövlət siyasətinin prioritet istiqaməti və cəmiyyətimizin həyat tərzi kimi səciyyələndirən Prezident İlham Əliyev Ulu öndərin müvafiq siyasətinin layiqli davamçısı olduğunu həm ölkəmizin bu istiqamətdə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbir, simpozium və konfransların təşkili, həm də son dövrlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin yaradılması ilə təsdiqləyib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin himayəçilik Şurasının sədri, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin şəxsi təşəbbüsü, təşkilatçılığı və rəhbərliyi ilə bu istiqamətdə aparılan çoxsaylı işlər, həyata keçirilən layihələr də dövlətin bu prioritet siyasətinin reallaşmasına böyük töhfələr verir. Bu layihələrdən biri də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən həyata keçirilən “Azərbaycan multikulturalizminə səyahət” layihəsidir.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda müxtəlif dinə mənsub fərqli etnik qrupların, xalqların əsrlərdir dinc, yanaşı yaşaması faktı bütün dünyanın diqqətini ölkəmizə yönəldib. Sözügedən layihə sayəsində müxtəlif xalqların, fərqli dinlərin nümayəndələri bu faktı öz gözləri ilə görüb inanmaq, Azərbaycan multikulturalizmi fenomeni ilə əyani tanış olmaq imkanı əldə edirlər.
“Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində bu dəfə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay məbədinin yəhudi icmasının 50 nəfərdən ibarət nümayəndə heyətinin oktyabrın 30-dan noyabrın 4-dək planlaşdırılan səfəri də bu məqsədi daşıyır. Bu səfər həm də cari ilin fevralında Azərbaycan nümayəndə heyətinin Los-Ancelesdə yaşayan Sinay məbədinin yəhudiləri ilə görüşünün məntiqi davamı sayıla bilər. Həmin nümayəndə heyətinin tərkibində təmsil olunan dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev həmişə çıxışlarında vurğulayır ki, 2000 il ərzində dağ yəhudilərinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşadığı haqqında çox az adam məlumatlıdır: “Azərbaycan xalqı və hökuməti digər yəhudi icmaları kimi dağ yəhudi icmasına də həmişə dəstək verib. Hazırda Bakıda üç sinaqoq və bir yəhudi məktəbi fəaliyyət göstərir. Dünyəvi müsəlman ölkəsi olan Azərbaycan ilə İsrail müttəfiq dövlətlərdir və burada yaşayan yəhudilər öz dini inanclarına azad şəkildə etiqad edirlər. Biz azərbaycanlı müsəlman bacı-qardaşlarımız ilə birgə yaşayır və işləyirik. Azərbaycan öz tolerantlığı ilə dünyada nümunəvi ölkədir. Hazırda dünyanın müxtəlif ölkələrində yəhudilər, müsəlmanlar və xristianlar arasında qarşıdurma mövcud olduğu halda, Azərbaycan bütün bu stereotipləri dağıdıb. Azərbaycan nümunəsi müxtəlif dinlərə mənsub olan xalqların bir yerdə, sülh şəraitində yaşaya biləcəyini göstərir. Yəhudi icmasının Azərbaycanda mövcudluğu yuxu kimi görünür. Təsəvvür edin ki, müsəlman dövlətində milyonlarla dollar hesabına sinaqoq inşa edilir və burada bir yəhudi böyük müharibə qəhrəmanı kimi yad edilir. Bu, Azərbaycan reallığıdır”.
2015-ci ilin fevralında ABŞ-a səfər zamanı Sinay məbədinin rəhbərliyi Azərbaycanın dağ yəhudiləri icmasına Sefer Tora (Tövrat nüsxəsi) bağışlayıb.
“Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində reallaşacaq səfərin çox zəngin proqramı var. Sinay məbədinin çoxsaylı nümayəndə heyəti oktyabrın 30-da və 31-də Dağ Yəhudiləri və Avropa Yəhudiləri sinaqoqlarında Bakıdakı yəhudi icması ilə birgə Şabat ibadətini həyata keçirəcəklər.
Oktyabrın 31-də qonaqlar İçərişəhərlə tanış olacaq və Avropa Yəhudiləri Sinaqoqunda toplaşacaqlar. Sinaqoqda Şabatın yekunlaşdırılması - Havdallah mərasimi olacaq.
Noyabrın 1-də səhər saatlarında Dağ Yəhudiləri Sinaqoqunda Tövratın təqdim olunması mərasimi keçiriləcək. Tədbirdən sonra nümayəndə heyəti Quba şəhərinə yollanacaq. Qubada qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini, Soyqırımı Memorialını ziyarət edəcəklər. Nümayəndə heyətinin Qubadakı Qırmızı Qəsəbəyə səfəri, həmçinin burada Dağ Yəhudiləri İcması ilə görüşü, Yəhudi məktəbinə və sinaqoquna ziyarəti planlaşdırılıb.
Noyabrın 2-də Fəxri xiyaban və Şəhidlər xiyabanının ziyarətindən sonra BBMM-də millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev ilə görüş keçiriləcək.
Səfərin sonrakı günlərində nümayəndə heyətinin xarici işlər naziri Elmar Məmmədyarov, İsrailin Azərbaycandakı səfiri Dan Stav, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə, Qafqaz Müsəlmanların İdarəsində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini konfessiyaların, eləcə də Dünya Yəhudilərinə Humanitar Dəstək Təşkilatı və Yəhudi Agentliyinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Sinay məbədinin nümayəndə heyətinin üzvləri ölkəmizin çoxəsrlik həyat tərzi olan multikulturalizm, tolerantlıq ənənəsi ilə əyani tanışlıqdan sonra Azərbaycanın bu böyük dəyərinin dünyadakı növbəti təbliğatçılarına çevriləcəklər.
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03

