“Qədim musiqi alətlərinin tədqiqatçısı”
22.10.2015 [10:24]
Yeni işıq üzü görən bu kitabda Xalq artisti Məcnun Kərimovun həyatı və elmi-pedaqoji fəaliyyətindən söhbət açılıb
Bu günlərdə “Apostroff” MMC tərəfindən filologiya üzrə fəlsəfə doktoru Həsən bəy Zərdabi mükafatı laureatı Şövkət Hüseynovanın “Qədim musiqi alətlərinin tədqiqatçısı” kitabı oxucuların ixtiyarına verilib. Kitabın elmi redaktoru Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, professor, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fərhad Bədəlbəyli, ön söz və rəyçi, Milli Aviasiya Akademiyasının prorektoru, Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov, ixtisas redaktoru, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadədir.
Oxuculara təqdim edilən bu sanballı əsər respublikanın Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məcnun Kərimovun işıqlı xatirəsinə, eyni vaxtda sənətkarın 70 illik yubileyinə təsadüf edir. Oxuculara təqdim olunan kitabda istedadlı alimin həyat mərhələləri, elmi-pedaqoji fəaliyyəti ön plana çəkilib. “Qədim musiqi alətlərinin tədqiqatçısı” kitabına unudulmaz Məcnun Kərimovu yaxından tanıyan, vaxtilə onunla birgə çalışan musiqi xadimlərinin, bəstəçilərin, tədqiqatçıların fikirləri toplanıb. Bu baxımdan Ü.Hacıbəyli adına BMA-nın rektoru Fərhad Bədəlbəylinin, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin, xalq artistləri Ramiz Quliyevin, Ramiz Zöhrabovun, Arif Babayevin xatirələri böyük maraq doğurur. Bu cəhətdən Azərbaycan Milli QHT forumunun prezidenti, Dünya azərbaycanlıları əlaqələndirmə şurasının üzvü Rauf Zeyninin məqaləsi çox maraqlıdır.
“Kiçik maraq böyük xəzinənin üstünü açdı” - deyirdi Məcnun Kərimov. Bəli, o xəzinə ki, dünyanın heç bir yerində yoxdur, o xəzinə ki, bizim milli-mənəvi varlığımızın təcəssümüdür, o xəzinə ki, hər dəfə səsləndikdə Qarabağın, Şuşanın, Kəlbəcərin həzin səsini hiss etdirir bizə. Bu xəzinəni o, Azərbaycan xalqı üçün açdı dünyaya sübut etmək üçün, nəyi? Musiqimizi, tariximizi, irsimizi, “Sarı gəlin”i, “Qarabağ şikəstəsi”ni. Bəli, Məcnun Kərimov bizə kim olduğumuzu sübut etmək üçün milli xəzinənin qapılarını açdı, o qapı ki, onu hər açanda milli mədəniyyətimiz və incəsənətimiz haqqında düşünək.
Kitabda öz əksini tapan Şərq orta əsr musiqi mədəniyyətində vaxtilə geniş yayılmış çəng, Şirvan tənburu, rud, bərbət, çəqanə, çoğur, rübab, səntur, qopuz və s. kimi musiqi alətlərinin M.Kərimov tərəfindən bərpa olunub gündəlik həyatımıza qaytarılması, qədimdən gələn səslərə necə nəfəs verməsi və s. barədə məqalələr geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Bu yazımızı məşhur telejurnalist Telli Pənahqızının Məcnun müəllimə həsr etdiyi məqalədən bir hissə ilə bitirmək istəyirik: “Axı mən neyləmişəm, sadəcə unudulan, yaddan çıxarılıb tarixin tozlu rəflərinə sıxışdırılan el sərvətinin nümunələrinin bir qisminin layiqli qiymətini alması üçün onların tozunu silib gün işığına çıxarmışam”.
Amma biz, onun çox böyük sənət fədaisi olduğunu, millətini təmənnasız bir məhəbbətlə sevməsini, nəyin bahasına olursa-olsun, qədim mədəniyyətimizin incilərini böyük səbir və məhəbbətlə bərpa edib həyata qaytaran insanı yaxından taniyanlar, bilirdik ki, professor Məcnun Kərimovun gördüyü və görməyi planlaşdırdığı işlərin dəyəri sözlə ifadə edilməyəcək qədər böyükdür...
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

