Heydər Əliyev Mərkəzinin binası BMT-nin rəmzi olan mavi rənglə işıqlandırılacaq
21.10.2015 [10:06]
Oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı Gününü qeyd etmək üçün “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində və BMT-nin 70 illik yubileyi münasibətilə 45-dən çox ölkədə 150-dən artıq rəmzi abidə, bina, muzey, körpü və digər əlamətdar binalar Birləşmiş Millətlər Təşkilatının rəsmi rəngi olan mavi rənglə işıqlandırılacaq.
BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Fondu və BMT-nin ölkə üzrə idarə heyətinin əməkdaşlığı nəticəsində həmin gün Bakının yeni memarlıq rəmzi olan Heydər Əliyev Mərkəzi təşkilatın mavi rəngində işıqlandırılacaq. Avstraliya Sidney Opera Evindən başlayaraq Misirin Qiza şəhərindəki böyük piramidalara qədər, Rio-de-Janeyro şəhərindəki İsa Məsih abidəsindən Nyu-York şəhərindəki “Empire State Building”ə qədər dünyanın bir çox tanınmış abidələri mavi rənglə işıqlandırılacaq. Aksiya iştirakçıları sırasında Rusiyanın Dövlət Ermitaj Muzeyi, İordaniyanın qədim Petra şəhəri, İtaliyanın Piza şəhərindəki Əyilən Qüllə, Birləşmiş Krallığın Edinburq Qəsri və Vestminster Sarayı, Cənubi Afrikanın Teybl Dağı, Yaponiyanın SkayTri Qülləsi, İspaniyanın Əlhambra Sarayı və bir çox digər məşhur abidələr var.
“Sülh, inkişaf və insan hüquqlarına BMT-nin göstərdiyi dəstəyin 70 illiyini qeyd etmək üçün böyük həvəs və çoşqu nümayiş etdirdiklərinə görə üzv dövlətlərə minnətdaram. Bir günlük dünyanı BMT-nin mavi rənginə boyamaqla biz daha yaxşı bir sabah üçün yolu işıqlandıra bilərik”, - deyə BMT-nin baş katibi Pan Gi Mun bildirib.
Bu qlobal aksiya Yeni Zelandiyadan başlayacaq, Avstraliyada Sidney Opera Evinin işıqlandırılması ilə davam edəcək. Nəhayət, dünya abidələri bu beynəlxalq tədbirə qatıldıqca BMT-nin mavi rəng dalğası ölkələrə və qitələrə səyahət edəcək.
“Bu kampaniyada iştirak Azərbaycanın və bütün azərbaycanlıların BMT-nin ləyaqətli həyat və firavanlıq prinsiplərinə olan sadiqliyini nümayiş etdirmək imkanı yaradır. Biz Mərkəzin binasını işıqlandırmaqla BMT-nin bu aksiyasına dəstək verməkdən məmnunuq”, - deyə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qeyd edib.
Bundan başqa, Nyu-Yorkda ənənəvi BMT Günü konserti təşkil olunacaq və oktyabrın 23-24-də BMT-nin mənzil qərargahı iki gün ərzində mavi rənglə işıqlandırılacaq.
Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının incisi kimi tanınır və ilk gündən müasir Bakının memarlıq simvoluna çevrilib. Mərkəzin binası 2012-ci ildə ABŞ-ın “Business Insider” jurnalı tərəfindən on ən cəlbedici yeni tikili arasında yer alıb. “Architectural Digest” tərəfindən tərtib edilən dünyanın ən gözəl memarlıq abidələri siyahısında isə Heydər Əliyev Mərkəzinin binası ilk beşlikdə yer alıb. Heydər Əliyev Mərkəzinin binası London Dizayn Muzeyinin “İlin Dizaynı 2014” müsabiqəsinin əsas mükafatına layiq görülüb. Layihənin memarı Zaha Hadid bu müsabiqədə birincilik qazanan ilk qadın olub və nüfuzlu “Pritzker” Memarlıq Mükafatının laureatıdır.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

