Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
17.09.2015 [10:08]
Dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantının gündəliyinə 3 məsələnin müzakirəsi daxil edilib.
Öncə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “olke.az”, “aznews.az” və “muxalifet.com” saytlarından müraciətinə baxılıb. Müzakirələrdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun, bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətovun, qarşı tərəfdən isə “aznews.az” saytının baş redaktoru Elçin Zahiroğlunun, “olke.az” saytının baş redaktoru Məmməd Gülməmmədovun, “muxalifet.com” saytının baş redaktoru Anar Həsənlinin məsələ ilə bağlı mövqeləri dinlənilib. Bildirilib ki, sözügedən mədəniyyət ocağı barədə son vaxtlar müxtəlif xəbər portallarında çoxsaylı materiallar dərc olunmaqdadır. Bu materialların əksəriyyətində teatr əməkdaşları olan sənət adamlarının əsasən rəhbərlik ilə bağlı narazılıqları əksini tapıb.
Komissiya belə qənaətə gəlib ki, kütləvi informasiya vasitələri daha çox Azərbaycanda teatr sənətinin nüfuzunun yüksəlməsinə xidmət edən materiallara maraq göstərməlidirlər. Təqdimatlar iş prosesinə xələl gətirən fikirlərin qabardılmasına deyil, inkişafa xidmət etməlidir. Mövcud xüsusda yalnız yaradıcılıq mübahisələri gündəmə gətirilməlidir. Bu, media orqanlarının sahəyə həssas yanaşmasının ən mühüm göstəricisidir. Müzakirələr gedişində teart və mətbuat mövzusunda tematik tədbirlərin təşkilinin jurnalistlərin sahə üzrə ixtisaslaşmasına, peşəkarlıqlarının artırılmasına dəstək baxımından zəruriliyi ifadə olunub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təmsilçiləri ümumən qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün müvafiq işlərin görüləcəyini bildiriblər.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Elmira Axundovanın “bizimxeber.az” və “serhed.info” saytlarında gedən materiallarla bağlı şikayətinə baxılıb. Bildirilib ki, sözügedən saytlar əvvəllər E.Axundovanın övladı barədə başqa kütləvi informasiya vasitələrində yayımlanmış materialı dərc ediblər. Lakin bu zaman həmin yazının təkzib olunduğunu nəzərə almayıblar. Bununla da, peşə prinsiplərinin tələblərinə sayğısızlıq göstərilib. Komissiya məsələ ilə bağlı rəyə gələrkən hər iki saytın da təkzib verdiyini əsas götürüb, şikayət doğuran materialların həmin KİV-lərdən çıxarılmasını tövsiyə edib.
Beyləqan rayon sakini Anar Zeynalovun vaxtilə əməkdaşı olduğu “Novator” qəzetindən şikayətinə baxılarkən məlumat verilib ki, məsələ artıq məhkəmə müstəvisinə çıxarıldığından Mətbuat Şurasının müzakirə müstəvisinə daxil ola bilməz.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

