“ADA” Universitetinin professor və tələbə heyəti şərəf andı içib
16.09.2015 [10:09]
“ADA” Universitetinin professor və tələbə heyətinin sentyabrın 15-də Şərəf Kodeksi andının içilməsi mərasimi keçirilib. Bu tədris ilində universitetin bakalavr və magistr proqramlarına 562 nəfər yerli və xarici tələbə qəbul olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir “ADA” Universitetində təhsil alan tələbələrin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.
Tədbirdə bu il universitetin həm bakalavr pilləsinə, həm də magistraturaya qəbul olunan yerli və xarici tələbələr, o cümlədən professor və müəllim heyəti Şərəf Kodeksi andı içiblər. Onlar “ADA” Universitetinin rektoru Hafiz Paşayev və dekanlar tərəfindən “İnam rəmzi” hesab edilən “ADA” medalları ilə təltif olunublar.
Şərəf Kodeksinin təqdim edilməsi və şərəf andının içilməsi yeni akademik ilin əvvəlində “ADA” Universitetində keçirilən ənənəvi mərasimdir. Tədbir zamanı tələbələr universitetin Şərəf Kodeksində əksini tapan öhdəlikləri öz üzərlərinə götürmək və şərəf andını imzalamaq şansı əldə edirlər. Kodeksi imzalayan tələbələr dərslərinə və təhsil prosesinə məsuliyyətlə yanaşmağa, özlərinə, tələbə yoldaşlarına və professorlara hörmət etməyə, heç bir halda ayrı-seçkiliyə yol verməməyə, eyni zamanda, imtahanlar zamanı köçürmə, akademik layihələr zamanı plagiat kimi hallardan uzaq durmağa söz verirlər.
Tədbirdə “ADA” Universitetinin rektoru Hafiz Paşayev qısa müddətdə əldə etdikləri nailiyyətlərdən, təhsil ocağındakı sürətli inkişafdan söz açıb, uğurların davamlı olacağını diqqətə çatdırıb. Rektor bu il universitetə qəbul olan yerli və xarici tələbələri, o cümlədən professor və müəllim heyətini Bilik günü, yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

