“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir”
16.09.2015 [10:07]
Bilik Fondu Bilik günündə 150-dən çox təhsil ocağında mühazirələr təşkil edib
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 sentyabr Bilik günü münasibətilə ölkəmizin bütün bölgələrində Azərbaycan multikulturalizminə həsr olunmuş mühazirələr təşkil edib. Fondun “İlboyu Bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın bütün rayonlarında ali və orta məktəblərdə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda dərslər keçirilib və mühazirələr deyilib. Ümumilikdə 158 təhsil ocağında - 142 orta, 16 ali məktəbdə tanınmış ziyalılar, elm xadimləri, diplomatik korpus nümayəndələri, media mənsubları məktəblilər, tələbələr və yerli sakinlərlə görüşüblər, onlara Azərbaycanda multikultural ənənələr, tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.
Bilik Fondunun mühazirəçiləri şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərində, eləcə də qaçqın və məcburi köçkün məktəblərində, sərhədyanı bölgələrin təhsil müəssisələrində də şagirdlərə maraqlı mühazirələr deyiblər.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Şamaxı rayonundakı Sabir qəsəbəsi tam orta məktəbində, millət vəkili Aydın Mirzəzadə Mingəçevir şəhərində, Əməkdar müəllim Əjdər Ağayev Neftçala rayonunda, Alban-udi xristian icmasının sədri Robert Mobilim Qəbələ rayonunda, ATV şirkətinin Bədii Şurasının sədri Etibar Babayev Siyəzən rayonunda, professor Rüstəm Kamal Qazax rayonunda, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Bərdə rayonunda, folklorşünas Ağaverdi Xəlilov İsmayıllı rayonunda, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Şuşa və Qubadlı rayonlarının qaçqın məktəblərində şagirdlərlə görüşüblər. Bundan başqa, akademik Vaqif Abbasov, AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Rus Pravoslav Kilsəsinin Arxiyepiskopu Şeynin Aleksandr, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Yevdayev Milix, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Gündüz İsmayılov və Səyyad Aran Bakı məktəblərində, həmçinin İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutillo Mədəniyyət və İncəsənət Universitetində, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müavini Abdulla Alşamsi tolerantlıq ənənəsinin təbliğinə həsr edilmiş mühazirələr deyiblər.
Beyləqan rayonu İcra Hakimiyyətinin Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Aytən Mirzəyeva bildirib ki, Bilik Fondu ilboyu rayonda bir-birindən maraqlı maarifləndirici layihələr həyata keçirib. Bilik günü münasibəti ilə Beyləqandakı N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda deyilən mühazirə isə şagirdlərlə yanaşı, rayon ziyalılarının da böyük marağına səbəb olub: “Mən özüm də mühazirədə iştirak etdim, inanıram ki, şagirdlər professor Əlizadə Əsgərlinin mühazirəsindən çox şey öyrənə bildilər”.
Tərtər rayonu İ.Məmmədov adına 2 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Nuranə Hüseynova Bilik Fonduna öz təşəkkürünü bildirib: “Azərbaycanda bir çox xalqların nümayəndələrinin yaşadığını oxumuşdum, amma vətənimizdə multikulturalizm, tolerantlıq ənənələri, onun tarixi kökləri barədə məlumatsız idim. Bu mühazirədən mən və yaşıdlarım çox şey öyrəndik. Mən Bilik Fondunun Könüllülər Birliyinə üzv yazılmaq istədiyimi də mühazirəçimiz Almaz xanıma bildirdim”.
Saatlı rayonu S.Vurğun adına 1 saylı tam orta məktəbin direktoru, RF Pedaqogika və Sosiologiya elmləri Akademiyasının müxbir üzvü Oktay Məmmədov da Bilik Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda keçirilən mühazirəni yüksək qiymətləndirib: “Mühazirəçi - tanınmış jurnalist Mübariz Əhmədov U.Əsgərov adına 4 nömrəli tam orta məktəbin qonağı oldu. Tədbirdə məktəblilərlə yanaşı, rayon ziyalıları da iştirak etdilər. Əməkdar müəllim olaraq deyə bilərəm ki, belə mühazirələr, şagirdlərin elm adamları ilə yaxın ünsiyyəti onların formalaşmasına müsbət təsir göstərir. Şagirdlərimizə Azərbaycanda multikulturalizm, Ulu öndərimizin bu sahədə yürütdüyü uğurlu siyasət, bu gün də həyat tərzimizə çevrilən multikultural dəyərlər haqqında çox dərin məzmunlu məlumat verildi”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

