Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Bilik günü böyük sevinclə qeyd olunub
16.09.2015 [10:08]
Sentyabrın 15-də ölkəmizdə növbəti tədris ili başlanıb. Bu əlamətdar günü şagirdlər, müəllimlər və valideynlər həmişə olduğu kimi, bu il də böyük sevinclə qeyd ediblər. Bu tədris ilində Azərbaycanda 150 mindən çox uşaq birinci sinfə gedəcək.
Bilik günü Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində də təntənəli mərasimlə qeyd olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bilik günü münasibətilə həm məktəbliləri, həm də valideynləri təbrik edib. Prezident Administrasiyasının rəsmisi bu günün ölkəmizin, xüsusilə birincilərin həyatında əlamətdar bir gün olduğunu vurğulayıb. Novruz Məmmədov deyib: “15 sentyabr, bu gün birinci sinfə qədəm qoyan balacaların həyatlarının ən vacib günlərindən biridir. Çünki onlar həyatlarında çox mühüm mərhələ olan bir dövrə qədəm qoyurlar. Bu gün onlar məktəbə elmlərin sirlərinə yiyələnmək üçün gəliblər. Ona görə də mən bütün ali və orta məktəblərdə təhsil alacaq gənclərə və uşaqlara uğurlar diləyir, müəllimlərə isə bu müqəddəs işdə həqiqi mənada xoş məramla çalışmağı arzu edirəm”.
132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova yeni dərs ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bu əlamətdar günün birincilər üçün xüsusilə önəmli olduğunu vurğulayıb.
Bilik günündə ən çox sevinənlər övladları bu il birinci sinfə qədəm qoyan valideynlərdir. Təhsildə baş verən yeniliklərin bu il daha keyfiyyətlə davam etməsini arzuladıqlarını bildirən valideyn Aida Sadıxova yeni dərs ilində hamıya uğurlar arzulayaraq deyib: “Mən hamını təbrik edirəm. Hər kəs üçün uğurlu il olsun. Uşaqlar dərslərini yaxşı hazırlasınlar, müəllimlərini incitməsinlər”.
Bütün məktəbliləri və tələbələri yeni dərs ili münasibətilə təbrik edən valideyn Sona Məmmədova bu günün onun üçün çox sevincli olduğunu deyib: “Mən bütün məktəblilərə uğurlar arzu edirəm, o cümlədən öz övladıma. Çünki o, bu il birinci sinfə gedir”.
Tədbirdə birinci sinif şagirdləri üçün hazırlanmış rəqslər və mahnılardan ibarət əyləncəli konsert proqramı təqdim olunub.
Sonra Bilik günündə ilk zəng çalınıb və birincilər böyük sevinclə siniflərə daxil olublar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

