Tibb Universitetində Bilik günü qeyd olunub
16.09.2015 [10:05]
Sentyabrın 15-də Azərbaycan Tibb Universitetində (ATU) Bilik gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə rektor, akademik Əhliman Əmiraslanov çıxış edərək tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Ə.Əmiraslanov ölkəmizdə Bilik gününün keçirilməsi ənənəsinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladaraq deyib: “Azərbaycanda elmi biliklərin, təhsil sisteminin, səhiyyənin ardıcıl inkişafı Ümummilli liderimizin qlobal inkişafa doğru aparan uzaqgörən siyasətinin tərkib hissəsini, bu siyasətin əsas özəyini təşkil edir. Məqsədyönlü şəkildə aparılan islahatlar sayəsində bu inkişaf, bu tərəqqi tezliklə öz bəhrəsini verdi və arzu olunan səviyyəyə çatdırıldı. Son 12 il ərzində ölkəmizdə elmin inkişafına, təhsil sisteminin, səhiyyənin tərəqqisinə dövlət qayğısı siyasəti Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə davam etdirilərək böyük vüsət alıb”.
Rektor bildirib ki, bugünkü nailiyyətlərin əldə edilməsi uzun illərdən bəri Azərbaycan Tibb Universiteti əməkdaşlarının apardıqları elmi axtarışların, gərgin əməyin, çəkilən zəhmətin sayəsində mümkün olub.
Azərbaycan Tibb Universitetinin bu zirvəyə çatmaq üçün 85 illik şərəfli bir yol keçdiyini qeyd edən Ə.Əmiraslanov bu tarixin ən yaddaqalan məqamları haqqında da məlumat verıb. Bildirib ki, 1996-cı ildə ATU-nun Londonda çıxan Dünya Təhsil Birliyinin reyestrinə daxil edilməsi bu ali tibb təhsili ocağının beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb.
Qeyd olunub ki, ATU-da yaradılmış 4 klinika elmi texnologiyaların ən son innovativ avadanlıqları ilə təchiz olunub. Beynəlxalq standartlara uyğun olan bu təchizat universitetdə elmin və təhsilin yüksək səviyyədə aparılmasına geniş imkanlar verir.
ATU-nun tələbəsi adını qazanmış gəncləri təbrik edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bu təhsil ocağının nəinki respublikada, ümumiyyətlə regionda fəaliyyət göstərən universitetlər arasında seçildiyini söyləyib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə Azərbaycanda və dünyanın hər bir yerində təhsilin böyük önəm daşıdığını bildirərək deyib: “85 il yaddaqalan bir tarixdir. Hazırda biz bu tarix boyunca əldə olunan nailiyyətlərin şahidiyik. İndi Azərbaycanda tibb təhsili islahatlar dövrünü yaşayır. Əgər 2000-ci ildə açıq ürək əməliyyatı bizə çətin bir əməliyyat kimi görünürdüsə, indi ATU-nun klinikalarında bundan da mürəkkəb əməliyyatlar uğurla icra olunur”.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə tələbəlik illəri ilə bağlı xatirələrini söyləyib, ATU-nun kollektivini həm Bilik günü, həm də 85 illik yubiley münasibətilə təbrik edib.
Daha sonra akademik Dilqəm Tağıyev ATU-nun ötən illər ərzində qazandığı uğur və nailiyyətlər haqqında fikirlərini bölüşüb.
Bu il qəbul imtahanlarında 700 bal toplayaraq ən yüksək nəticə ilə ATU-nun müalicə-profilaktika fakültəsinə qəbul olunan tələbə Nurlan Məcidov isə müəllimlərinin etimadını doğruldacağını bildirib.
Toplantıda universitetin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Sonda bu il ATU-nun I kursuna qəbul olunan bir qrup gəncə tələbə biletləri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

