Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət İdarəçilik Akademiyasında keçirilən tədbirdə təhsilin cəmiyyətdəki mühüm rolundan bəhs olunub

Dövlət İdarəçilik Akademiyasında keçirilən tədbirdə təhsilin cəmiyyətdəki mühüm rolundan bəhs olunub

16.09.2015 [10:05]

Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Bilik günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Rektor dövlətimizin başçısının elm və təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb. Azərbaycanın çox sürətlə inkişaf etdiyini vurğulayan akademik U.Ələkbərov qeyd edib ki, müasir dövrdə dövlətin gücü və qüdrəti onun təbii sərvətləri ilə yanaşı, eləcə də insan potensialı ilə müəyyən edilir.
Cəmiyyətdə təhsilin mühüm rolunu xatırladan rektor DİA-da qazanılan nailiyyətlərdən bəhs edib, bu il də akademiyaya gənclərin yüksək ballarla qəbul olunduqlarını söyləyib, müəllim və tələbələrə yeni dərs ilində uğurlar arzulayıb.
Tarix kafedrasının müdiri, professor Firdovsiyə Əhmədova, siyasi idarəetmə fakültəsinin dekanı, professor Zaur Bağırov, inzibati idarəetmə fakültəsinin dekanı, professor Çingiz İsmayılov ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıblar.
Çıxış edən tələbələr göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 825 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31