Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib
15.09.2015 [10:02]
Bakı Ali Neft Məktəbində (BANM) 2015-2016-cı tədris ilinin başlanması münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu təhsil ocağının qısa zamanda əldə etdiyi uğur, görülən işlər və perspektivlər haqqında məlumat verib. Bildirib ki, bu il TQDK-nın ali məktəblərə keçirdiyi qəbul imtahanlarında bu ali məktəb üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bunun respublika üzrə ən yüksək nəticə olduğunu bildirən Elmar Qasımov ötən illərə nisbətən bütün göstəricilərdə dinamikanın müşahidə olunduğunu qeyd edib. Birinci qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub. Rektor Elmar Qasımov Prezident İlham Əliyevin Bakı Ali Neft Məktəbinin yaradılması haqqında 29 noyabr 2011-ci il tarixli Fərmanına toxunaraq, ali məktəbin ölkə başçısının “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözlərinin reallaşması istiqamətində bariz nümunə olduğunu qeyd edib.
SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev qısa müddət ərzində Bakı Ali Neft Məktəbində kadr potensialının formalaşdırılması istiqamətində böyük işlərin görüldüyünü və yüksək nailiyyətlər əldə edildiyini bildirib. Qeyd edib ki, 2014-2015-ci tədris ilində Bakı Ali Neft Məktəbi beynəlxalq şirkətlərlə yeni əməkdaşlıqlara başlayıb, tədrisin yüksək səviyyədə aparılması üçün müasir texnologiyaların tətbiqini genişləndirməklə yeni uğurlara imza atıb. Rövnəq Abdullayev 2015-2016-cı tədris ilində də BANM-da aparılan işlərin davam etdiriləcəyinə, fəaliyyətinin daha da genişlənəcəyinə inamını ifadə edib.
TQDK-nın sədri Məleykə Abbaszadə BANM-ın bir çox göstəricilərə görə ali məktəblər arasında lider olduğunu diqqətə çatdırıb. Bildirib ki, BANM-a qəbul olmuş tələbələrin topladığı minimal bal 659 olub. Bunun yüksək nailiyyət olduğunu bildirən M.Abbaszadə tələbələri dövlətimiz tərəfindən yaradılan əlverişli şəraitdən bəhrələnməyə çağırıb.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gordon Birrell Bakı Ali Neft Məktəbi ilə təmsil etdiyi şirkətin əlaqələrindən söz açaraq, ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Qordon Birrell BANM-ın yüksək səviyyəli gənc peşəkar kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirib.
Bakı Ali Neft Məktəbinə 700 bal toplayaraq qəbul olunan tələbələr və onların valideynləri yüksək səviyyədə təhsil üçün BANM-da yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonra 2015-2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinə qəbul olunmuş tələbələrə tələbə vəsiqəsi və SOCAR tərəfindən hədiyyə olunan noutbuklar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

