BANM-in rektoru Elmar Qasımov Yaponiya mütəxəssisləri ilə görüşüb
29.08.2015 [10:52]
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və professor-müəllim heyəti Yaponiyanın Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara və İNPEX Korporasiyasının Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. Rektor BANM və onun nailiyyətləri haqqında qonaqları məlumatlandırıb. O, Azərbaycan və Yaponiyanın neft-qaz sektorunda mövcud olan ikitərəfli əlaqələrindən bəhs edərək gələcəkdə BANM və Vaseda Universiteti arasında perspektivli əməkdaşlıq qurulmasının mümkünlüyünü vurğulayıb. E.Qasımov Vaseda Universitetinin professoru Masanori Kuriharanı 2016-ci ilin martında İNPEX Korporasiyasının təşkilatçılığı ilə Azərbaycana nəzərdə tutulan səfəri çərçivəsində BANM-də tələbələrə master-klass keçməyə dəvət edib.
Öz növbəsində, Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara və Yaponiyanın İNPEX Korporasiyasının nümayəndələri Bakıdakı qısamüddətli səfər zamanı Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan BANM-də qonaq olmalarından şad olduqlarını bildiriblər. Professor Masanori Kurihara təmsil etdiyi universitetin adından BANM-lə əməkdaşlığa maraqlı olduğunu bildirib. O, gələcəkdə BANM və Yaponiyanın Vaseda Universiteti arasında mühəndislik ixtisasları üzrə tələbə və professor-müəllim heyətinin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması təklifi ilə çıxış edib.
Görüşün sonunda BANM-in professor-müəllim heyəti öz təklif və tövsiyələrini irəli sürərək gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda, 2016-ci ilin martında Vaseda Universitetinin professoru tərəfindən BANM-də tələbələr üçün professional treninqlərin təşkil olunmasına razılıq əldə edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

