/ / Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının nümayəndələri Səbail rayon İcra Hakimiyyətində olublar
Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının nümayəndələri Səbail rayon İcra Hakimiyyətində olublar
14.08.2015 [10:39]
Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının nümayəndə heyətinin rəhbərliyi və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Səbail rayon İcra Hakimiyyətində olublar.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qonaqlara Səbailin tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə məlumat verib. O, son illərdə Azərbaycanda əldə olunmuş nailiyyətlərdən, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlərdən danışıb, bu uğurların qazanılmasında Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük rolunu qeyd edib. Səbail rayon İcra Hakimiyyəti ilə cəbhə bölgəsindəki hərbi hissələr arasında yaranmış sıx dostluq və əməkdaşlıq əlaqələri və Müdafiə Nazirliyi ilə birgə keçirilən tədbirlər barədə məlumat da diqqətə çatdırılıb.
Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının nümayəndə heyətinin rəhbəri Kirill Taranenko Azərbaycanın, xüsusilə də onun Silahlı Qüvvələrinin inkişafından, hər iki ölkənin ordularının əməkdaşlığının möhkəmlənməsindən, bu işlərdə dövlətlərimizin başçılarının rolundan danışıb. O, Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən Şahin Məmmədov qeyd edib ki, bu səfər ölkəmizin hərbi dənizçilərinin Rusiyaya səfərinə cavabdır. Səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, paytaxtın görməli yerlərini gəzəcək, Dövlət Bayrağı Meydanındakı Bayraq Muzeyi, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi Dənizçilik məktəbindəki tədris prosesi ilə tanış olacaq, həmçinin dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.
Ölkəmizdə səfərdən məmnunluq hissi keçirdiyini deyən Rusiyanın Azərbaycandakı səfirliyinin hərbi attaşesi Vladimir Çernenko, “Mahaçqala” hərbi gəmisinin komandiri Ayup Dadayev, “Volqadonsk” hərbi gəmisinin komandiri Vladimir Zaytsev hərbi dənizçilərin ölkəmizə səfərinin səmərəli olduğunu qeyd edərək Bakıda gördükləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.
Səfər proqramına uyğun olaraq Səbail rayon ictimaiyyəti nümayəndələrinin Rusiya hərbi gəmiləri ilə tanışlığı da nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

