Dini maarifləndirmə tədbirləri davam etdirilir
13.08.2015 [10:06]
Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan şöbəsi və Hacıqabul rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul şəhərində avqustun 12-də “Dövlət-din münasibətlərinin yaxşılaşdırılması və qeyri-ənənəvi dinlərə qarşı mübarizə” mövzusunda keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Alıyev, Hacıqabul RİH başçısının birinci müavini Sahib Aslanov, şəhərin axundu Hacı İntiqam Mirqani, icma sədrləri, şəhərin din xadimləri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Hacıqabul rayonunda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə olduğunu bildiriblər.
Avqustun 10-da İsmayıllı rayon Diyallı kənd məscidi dini icmasının “İnsanların əxlaq və sevgi yönümündən dini maariflənməsi” layihəsi çərçivəsində təxminən 50 nəfərin iştirakı ilə Diyallı kəndində “Dini radikalizm və onun təhlükələri” adlı “dəyirmi masa” təşkil olunub. Tədbirdə Komitənin Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, ekspert qismində DQİDK-nın əməkdaşı Namiq Cırıyev, QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov, habelə dini icma üzvləri, ətraf kəndlərin dini icma sədrləri və gənclər iştirak ediblər.
Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov həyata keçirilən layihənin önəm və əhəmiyyətini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra çıxış edən DQİDK-nın əməkdaşı Namiq Cırıyev dövlət-din münasibətləri, radikalizmlə mübarizə sahəsində son dövrlər görülmüş işlər haqqında geniş məruzə ilə çıxış edib.
Avqustun 10-da İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının “Gənclərimizin sağlam dini maariflənməsi” layihəsi çərçivəsində təxminən 50 nəfərin iştirakı ilə “Dini radikalizm və onun təhlükələri” adlı “dəyirmi masa” təşkil edilib. Tədbirə Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, ekspert qismində DQİDK-nın əməkdaşı Namiq Cırıyev dəvət olunaraq, milli-mənəvi dəyərlər, dini radikalizm, onun təhlükələri və bu mövzuda gənclərin üzərinə düşən vəzifələr barəsində ətraflı söhbətlər, fikir mübadiləsi aparılıb. Tədbirdə QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov çıxış edərək dini icmalara ayırdığı diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

