“Taxılçılığın inkişafı daim diqqət mərkəzindədir”
05.08.2015 [08:42]
Murtuzəli Hacıyev: Qarşımızda duran əsas məsələ vahid əkin sahəsindən daha yüksək miqdarda dən istehsal etməklə əhalinin taxıl və taxıl məhsullarına olan tələbatının tam ödənilməsindən ibarətdir
Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı sahəsi mühüm yerlərdən birini tutur. Elə Prezident İlham Əliyevin 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi haqda məlum Fərmanı da deyilənləri təsdiqləyir. Məlumdur ki, kənd təsərrüfatının əsas sahələrindən biri də taxılçılıqdır. Və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda taxıl istehsalının artırılması qarşıya qoyulan məqsədlərdən biri olub. Həmin proqrama görə, bu il Azərbaycanda taxıl istehsalının 2,8 milyon tona çatdırılması nəzərdə tutulub.
Bəs, hazırda bu sahədə vəziyyət necədir? Bu və digər suallara cavab almaq məqsədilə müraciət etdiyimiz Kənd Təsərüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bu il Azərbaycanda taxıl istehsalının ötən illə müqayisədə artıq olacağının proqnozlaşdırıldığını deyib. Onun sözlərinə görə, kənd təsərrüfatı təbiətdən asılı olan və riskli sahə olduğu üçün əvvəlcədən nə qədər məhsul istehsal ediləcəyi barədə dəqiq rəqəm demək olmur: “Bilirsiniz ki, taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edir. Belə ki, taxıl əsas ərzaq məhsulu olmaqla yanaşı, həm də heyvandarlıq və quşçuluq üçün yemdir. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bu sahənin inkişafına dair Fərman və sərəncamları, fermerlərə dövlət dəstəyi, eyni zamanda, havaların mülayim keçməsini nəzərə alaraq deyə bilərik ki, bu il məhsuldarlıq ötən ilə nisbətən artıq olacaq”.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda taxıl istehsalının artırılmasının qarşıya qoyulan məqsədlərdən biri olduğunu deyən Murtuzəli Hacıyev həmin proqrama görə, bu il Azərbaycanda taxıl istehsalının 2,8 milyon tona çatdırılmasının planlaşdırıldığını bildirib: “Bilirsiniz ki, bu il həmin proqramın icra müddəti başa çatır. Artıq həmin proqram çərçivəsində hədəflər müəyyənləşdirilmişdi və bu istiqamətdə bir sıra işlər görülüb. Belə ki, Dövlət Proqramı çərçivəsində iri təsərrüfatlar yaradılıb. Məsələn, “Qarabağ Taxıl” MMC yaradıldı. Həmin təsərrüfat 50-55 sentnerə kimi məhsul əldə etdi. Dövlət Proqramının icrası davam edir. Bu gün bizim qarşımızda duran əsas məsələ vahid əkin sahəsindən daha yüksək miqdarda dən istehsal etməklə əhalinin taxıl və taxıl məhsullarına olan tələbatının tam ödənilməsindən ibarətdir. Bilirsiniz ki, taxılların becərilmə texnologiyasında onlara edilən qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdən biridir. Payızlıq taxılların böyüyüb inkişaf etməsinə və məhsuldarlığına təsir edən amillər əsasən 2 qrupa bölünür ki, buraya nizamlanmayan və nizamlanan amillər daxildir. Nizamlanmayan amillər (illik yağıntının miqdarı, günəş radiasiyası, illik fəal temperaturların cəmi və s.) əsasən təbii amilləri əhatə etməklə birbaşa idarə olunmağa və nəzarətə tabe olmur. Respublikamız şəraitində bu amillərin çoxu kifayət miqdarda və yaxud artıqlaması ilə mövcud olmaqla yanaşı, payızlıq taxılların məhsuldarlığını məhdudlaşdırmır. Respublikamızda mövcud olan belə əlverişli təbii iqlim şəraiti payızlıq taxıllardan daha yüksək ( 70-80 s/ha) dən məhsulu almağa imkan verir”.
Vüsalə Cavanşir
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

