Səbailli yeniyetmələr yay düşərgəsinə yola salınıblar
04.08.2015 [01:27]
Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkilini hər zaman diqqət mərkəzində saxlayan Səbail rayon İcra Hakimiyyəti hər il olduğu kimi, bu il də bir sıra tədbirlər hazırlayıb.
Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanlığının artıq 10-cu dəfədir həyata keçirilən birgə layihəsi əsasında və “İstək” liseyinin iştirakı ilə şəhərin mərkəzindəki “Sahil bağı”nda yeniyetmələrin “Şahinlər” yay istirahət düşərgəsinə yola salınması ilə əlaqədar tədbir keçirilib. Quba şəhərinin mənzərəli yerində yaradılan hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan uşaqlar daxil olmaqla, ümumilikdə 200 yeniyetmə yola salınıb.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq və yeniyetmələrə diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb. O, həmçinin, Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verib.
İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil ediləcək. Onlar həm də, Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə tanış olacaqlar.
Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı, Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunub. Onlar burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində yaxından iştirak edəcəklər.
Qeyd edilib ki, səbailli yeniyetmələrin yay istirahəti və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir avqustun 17-də Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşkil olunacaq.
Daxili Qoşunlar Baş İdarəsinin mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi, polkovnik Mətləb Qənbərov çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışıb və onlara xoş istirahət arzulayıb.
Yola düşməzdən əvvəl yeniyetmələr Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

