Naxçıvanda iftar mərasimi keçirilib
11.07.2015 [10:59]
Muxtar respublikada İslam dəyərlərinə hörmət və ehtiramla yanaşılır. Bu gün Naxçıvanda tarixi-dini abidələr, ziyarətgahlar əsaslı şəkildə yenidən qurulur, xalqımızın əsrlər boyu formalaşan dini-mənəvi dəyərlərinə bağlılıq nümayiş etdirilir. Cəmiyyətdə humanizmin və həmrəyliyin təntənəsinə çevrilən Ramazan ayı da hər il insanlar tərəfindən mərhəmət duyğuları ilə qarşılanır, oruc tutulur, iftar süfrələri açılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 9-da Naxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iftar mərasimində çıxış edərək deyib: “Ramazan xeyirxah niyyətlər, mənəvi kamillik və saflıq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in tamamlandığı, dünya müsəlmanlarının həmrəylik və qardaşlıq ayı olan Ramazanın fəzilətləri çoxdur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ramazan ayı dünya xalqlarının mənəviyyatı tarixinə böyük təsir göstərmiş mübarək aylardan biridir. Sülhün, əmin-amanlığın, qardaşlığın bərqərar edilməsinə dəvət edən İslam dininin bu müqəddəs ayında müsəlmanlar humanist prinsiplərin təntənəsi naminə hər cür sınaqlara sinə gərmək qabiliyyətlərini nümayiş etdirirlər”.
İslami dəyərləri yaşadan digər müsəlman xalqlar kimi, Azərbaycan xalqı da tarixin bütün dövrlərində öz milli və dini dəyərlərinə sadiq qalmış, adət-ənənələrini yaşatmışdır. Bu gün də dini dəyərlərimiz qorunur və yaşadılır. Ramazan ayı hər il ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında əmin-amanlıq və sabitlik şəraitində qarşılanır.
Ali Məclisin Sədri müqəddəs Ramazan ayında məqsəd və niyyətlərin həyata keçməsini arzulayıb, muxtar respublikanın bütün əhalisini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.
Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, dualar səslənib.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər və Psixi xəstəliklər dispanserlərində, Naxçıvan Muxtar Respublikası Onkoloji mərkəzində, Naxçıvan qarnizonunun Hərbi hospitalında müalicə alan xəstələr və gecə növbəsində çalışan işçilər üçün də iftar süfrələri açılıb.
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49

