Simurq əfsanəsi: uydurma və həqiqətlər
03.07.2015 [10:09]
Hörmətli oxucu, mən Avropa Oyunlarının bağlanış mərasiminə həsr etdiyim yazımda Simurq quşu mifoloji süjetini Azərbaycan xalqının mifoloji düşüncəsinin məhsulu kimi təqdim etdim və milli fəlsəfi düşüncəmizin tərkib hissəsi kimi qiymətləndirdim... Ancaq bilirəm ki, buna etiraz edənlər, yaxud ən azı tərəddüdlə yanaşanlar olacaq. Ona görə də, simurq quşu mifoloji süjeti ilə bağlı apardığım qısa tədqiqatı nəzərinizə çatdırmaq istəyirəm. Bəlkə də, buna xüsusi ehtiyac yox idi. Ancaq tarixi təcrübə göstərir ki, sahib çıxmadığımız dəyərlərimizə dərhal sahib çıxanlar tapılır. Ona görə də, vətəndaşlıq və ziyalılıq borcumuzdur ki, öz maddi və mənəvi dəyərlərimizə sahib çıxaq. Onları qoruyaq ki, gələcəkdə mübahisə predmetinə çevrilməsinlər. Beləliklə...
Fəridəddin Əttarın hekayəti, yaxud bir quş niyə otuz quş oldu...
Demək olar ki, bütün qaynaqlarda qeyd olunur ki, Simurq quşu qədim İran əsatirində Qaf dağında yaşayan böyük quşdur, xeyirxahlıq rəmzidir, həyat ağacını yerə gətirib, gözəllik simvoludur və s. Fars dilində si - otuz, murq isə quş deməkdir. Quşlar uzun müddət Simurqdan xəbər tuta bilmirlər. Və onu axtarmaq üçün Qaf dağına üz tuturlar. Ancaq Qaf dağına çatmaq üçün yeddi böyük vadini keçmək lazımdır. Yol uzaq və çətin olduğuna görə bülbül bəhanə edir ki, o, gülə aşiqdir, ona görə geri qayıdır, qartal deyir mən öz yüksəkliklərimi sahibsiz qoyub gələ bilmərəm və s. Beləliklə, Qaf dağına çatanda quşlara səfərdə rəhbərlik edən şanapipik dönüb baxır ki, cəmisi 30 quş qalıb. Onlar da şanapipikdən soruşurlar ki, Qaf dağına çatdıq, bəs hanı Simurq? Şanapipik isə cavab verir ki, baxın, elə Simurq sizlərsiniz. Bundan sonra da Simurq kimi bu 30 quş qəbul edilir. Deməli, uydurmanı elə sonlandırmaq lazımdır ki, farsca 30 quş mənasını verən Simurq sözünə bəraət qazandırılsın. Bu adın farsca olduğu isbat edilsin. Simurq əfsanəsinin bu cür şərhini Fəridəddin Əttar özünün “Məntiquttəyr” (quşların dili) kitabında nəql edir. Ancaq diqqətlə nəzər salsaq, görərik ki, bu hekayət, sadəcə, Əttar tərəfindan ona görə uydurulub ki, Simurq mifoloji süjeti farslaşdırılsın. Çünki onun hekayətini gerçək kimi qəbul etsək, o zaman həm Simurq quşunun özünü bir obraz kimi itirməli oluruq, həm də Simurq fəlsəfəsini rədd etməli oluruq. Axı mifoloji süjet bir quş və onun xeyirxahlığı, yardımsevərliyi, müdrikliyi (Simurq quşu bilik ağacının üzərində otururdu, yuvası isə Qaf dağında idi) üzərində qurulub. Belə olan halda Simurq hara, acizanə şəkildə onu axtarışa çıxan otuz quş hara?! Göründüyü kimi, bu hekayət mifoloji süjetə yamaqdır. Ayrıca, bu, necə İran əfsanəsi ola bilər?! İran, sadəcə, coğrafiyadır, coğrafiyanın əsatiri olmur. Çünki coğrafiya əsatir yaradan deyil, əsatirləri də, əfsanələri də xalqlar yaradır.
Belə olan halda, ya deməliyik ki, farsdilli xalqların əsatiri, ya da tutaq ki, türkdilli xalqların əsatiri. Əttar cəsarət edib Pers, yaxud Persiya əsatiri deyə bilmir. Çünki bilir ki, bu, onların əsatiri deyil. Türkdilli xalqların əsatiri də demir, çünki demək istəmir, daxili eqosu bunu etiraf etmək istəmir. Onda “optimal” variant tapır - “İran” əfsanəsi.
Bəs mifoloji süjet harada yaranıb... Simurq, Zümrüd, Samğrğx, yoxsa Şınğıray
Qeyd etdiyimiz kimi, coğrafiyalar əfsanə yarada bilmir. Yaxşı, bəs onda Simurq quşu mifoloji süjeti necə və harada yaranıb? Türkdilli yazılı və şifahi mənbələrdə Simurq adı Zümrüd (Azərbaycan), Samğrğx (Qazax), Şınğıray (Qırğız) kimi keçir. Bu quş hun-qıpçaq mifologiyasında “Alp”ları, yəni igidləri xilas edən, onları dardan qurtaran Alp Karakuşla eyniləşdirilir. Sözün kökündəki Şın (n-sağır nun) yüksəklik, göy, səma deməkdir. Biz indi onu işın, şüa, yaxud elə işıq kimi tələffüz edirik. Şınğıray quşu dünya ağacının başında yaşayır və o, Tanrı ilə insanlar arasında bir növ vasitəçi rolu oynayır. Qazax tədqiqatçısı C.Kondıbayev Simurq sözünü türkmənşəli Şınğrığ, yaxud Şanrax sözü ilə eyniləşdirir. Sonrakı mərhələdə isə Samğrğx sözü üzərindən Simurq şəklində farslara keçir. Farslar isə sözü öz dillərinə uyğunlaşdıraraq onu Simurq kimi tələffüz edirlər. Bir qədər sonra isə Şınğıray mifoloji süjeti təhrif olunur və Əttarın uydurması İran əsatiri kimi təqdim olunur. Tezliklə biz də onu həvəslə əzbərləyirik. Mifoloji süjetin əsl məzmununu isə itiririk. Ancaq müqayisə etsək, görərik ki, Alp Karakuş, yaxud Şınğıray süjeti daha inandırıcı və məntiqlidir. Eyni zamanda, Simurq fəlsəfəsi ilə birə-bir səsləşir.
Qonrul, Konğurul, yaxud Toğrul, Tonğurul ittifaq simvolu kimi
Başqa bir bənzətmə, yaxud Simurq mifoloji süjetilə identifikasiya edilə biləcək süjet isə göytürklərdən qərbə doğru uzanan, bizə daha yaxın olan qərb türklərinin əsatiridir. Burada Şınğıray artıq Qonrul, yaxud Konğuruldur.
Qonrul, yaxud Konqrul qərb türklərinin mifologiyasında Simurqa bənzər süjetlə xatırlanır.
Ancaq onun iki fərqli səciyyəvi xüsusiyyəti var. Birincisi, Qonrul o qədər dözümlü quşdur ki, yerlə göyün birləşməsinə qədər uça bilir. İkincisi isə, onun əkizi də var. Bu, Tonğurul, yaxud Toğruldur. Qonrul quşunun rəngi də qonur-qırmızıdır. Yəni, o da bir növ atəşi simvolizə edir. Elə qonur kökü də quşun rənginə işarədir. Ancaq burada başqa bir səciyyəvi cəhət odur ki, bu quşlar bərabər hərəkət edirlər. Qonqurul və Tonğurul quşları mifoloji süjeti sonralar müttəfiqlik rəmzinə çevrilir və nəhayət, ikibaşlı qartal kimi bir sıra xalqların bayrağında yer alır. Hazırda daha çox slavyan əsilli xalqların bayraqlarında yer almalarına baxmayaraq, ilkin dövrlərdə türk tayfa ittifaqlarını simvolizə edib. Məsələn, Oğuz-As, Türk-Monqol, Hun-Qıpçaq və s. Sonralar qıpçaqlar slavyanlarla ittifaq qurarkən həmin rəmzi, yəni Qonqurul və Tonğurul rəmzini öz müttəfiqliklərinin simvolu kimi qəbul ediblər.
Slavyanların ikibaşlı qartalı Qonrul-Tonğurul birliyi kimi
Son 300 ilə qədər bu davam edib. Bundan sonra isə qıpçaqlar, kumanlar, xəzərlərin bir qismi, tatarların bir qismi slavyan milli etnik assimilyasiyasına məruz qalaraq slavyanlaşıblar. Beləliklə, rus xalqının gerbində ikibaşlı müttəfiqlik rəmzi bu günə qədər qalsa da, müttəfiqlərin biri artıq yoxdur. O assimilyasiya edilibdir. Beləliklə, qısa araşdırmamızın nəticəsi olaraq söyləyə bilərik ki, qədim türk mifoloji süjeti sonralar Yaxın Şərq xalqlarına, o cümlədən, farslara da keçib. Ancaq süjetin arxetipi türklərə məxsusdur və biz bunu haqlı olaraq türkdilli xalqların, o cümlədən, azərbaycanlıların mifoloji düşüncə tarixinin məhsulu kimi qəbul edə bilərik.
Simurqun vətəni Qaf dağı, Nuhun gəmisi və Azərbaycan
Bütün xalqların mifoloji süjetində Simurq quşunun yuvasının Qaf dağında olmasının səbəbi isə odur ki, Nuhun gəmisi Qaf dağında quruya təmas etmişdi. Həyat, o cümlədən, od da oradan paylanırdı. Belə olan halda, Simurq quşunun yuvası da Qaf dağı olmalı idi. Qaf dağı bəzi mənbələrdə Qovv yaxud Qavf kimi göstərilməklə Ağrı dağı ilə eyniləşdirilir. Deməli, Simurq quşu mifoloji süjeti heç bir halda türklərə aid milli-mədəni coğrafiyadan kənara çıxa bilmir. O zaman bu süjetin müəllifi də elə bizim əcdadlarımız olub. Bununla bir daha qeyd etməyi vacib hesab edirik ki, bağlanış mərasimində Simurq mifoloji süjeti təsadüfən seçilməmişdi.
Hikmət BABAOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

