Yeni Orleandan dünyaya...
30.04.2026 [08:51]
Zəncilərin yaratdığı musiqi janrı
Bu musiqi janrı yalnız notlardan ibarət deyil, eyni zamanda azadlığın, fərdiyyətin və anın içində yaşamağın fəlsəfəsidir. Caz ifaçısı səhnədə əvvəlcədən yazılmış qaydalarla məhdudlaşmaq əvəzinə, öz hisslərini, daxili gərginliyini və sevincini anbaan musiqiyə çevirərək sanki dinləyicini gözlənilməz dönüşlərlə dolu bir səyahətə aparır.
Cazın vətəni Yeni Orlean sayılır. Amerikada yaşayan qaradərililərin ritmik musiqiləri ilə ağ dərililərin xalq musiqilərinin qarışığından yaranmış janrın dünya musiqi ictimaiyyəti tərəfindən qəbul edilməsi isə XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. Caz vaxtilə ABŞ-da istismar edilən hüquqsuz zənci əhalisi, nə vaxtsa öz vətənlərindən didərgin salınmış qara qulların əcdadları arasında yaranmış musiqi idi. Caz həmçinin müxtəlif mədəniyyətlərin, tarixlərin və duyğuların bir-birinə qarışaraq yeni, canlı və daim dəyişən bir musiqi dilinə çevrildiyi möhtəşəm bir sənət formasıdır. Yeri gəlmişkən, hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir.
Yeni Orleanın bütün mühitini əks etdirirdi
Tarixi qədim olan cazın belə gec tanınmasının, sözsüz ki, səbəbləri var. Musiqiçilər caz haqda danışarkən bildirirlər ki, bu janrın Yeni Orleanda deyil, Amerikanın digər bir bölgəsində yaranması mümkün deyildi. Çünki caz Yeni Orleanın bütün xarakterini, mühitini özündə əks etdirir. Bu şəhər öz səs-küyü, şənliyi, ən başlıcası, buradakı qaradərili insanlarla daha çox özünüifadəyə imkan verməsi ilə fərqlənirdi. Bu da həlledici bir faktdır ki, Avropadan Cənubi Amerikaya köçmüş ilk qaradərili kolonistlər nəslinin xatirəsinə ucaldılmış yeganə heykəl məhz Yeni Orleandadır.
Cazın inkişaf mərhələləri...
“Ragtime”: Bu mərhələyə əsasən keçmişdə mərasimlərdə söylənilən mahnılar aid edilir. 1917-ci ilə qədər davam etmiş bu mərhələnin ən məşhur caz ustası Elli Roli Martondur. Təəssüf ki, bu dövrə aid heç bir caz nümunəsi qalmayıb.
“Blues”: Amerikalı qaradərili kölələrin işləyərkən söylədikləri “xalq mahnıları” olan “Blues” cazın meydana gəlməsində böyük rol oynayıb. “Blues” ifadə məzmunu baxımından zəncilərin daxili kədərini, çətinliklərini ifadə edir.
“Hot caz”: Artıq bu dövrdə caz daha da inkişaf edib, səhnəyə yol tapa bildi. “Hot caz” dövründə bütün caz ustaları öz üslublarını formalaşdırdı.
“Swing”: “Hot caz”ın davamı və daha təkmil formasıdır. Bu dövrdə caz bütün sərhədlərini müəyyənləşdirib və tam bir musiqi janrı kimi özünü təsdiq edib. Bu dövrün əsas caz ustaları Louis Armstrong, Colemas Havvkins, Lester Young, Roy Eldridge, Glenn Miller kimi sənətkarlar olub.
İnsanı göz yaşı həddinə gətirən janr...
Ağdərili amerikalılar qaradərili qulların mahnı və rəqslərini vəhşi təbiətin məhsulu kimi dəyərləndirirdilər. Avropa musiqisinin ənənəsinə alışmış qulaqlar bu musiqidə ancaq xaos və ahəngsizlik eşidirdi. Təxminən XIX əsrə qədər bu musiqini tədqiq etmək heç kimin ağlına gəlmirdi. Cazın primitiv olduğu qədər də intellektual, insanı göz yaşları həddinə gətirən musiqi janrı, müxtəlif mədəniyyətlərin sintezinin məhsulu olduğunu ağ dərili amerikalılar, eləcə də avropalılar sonralar başa düşdülər.
Dünya cazının Azərbaycan cazibəsi
Bu gün bütün dünyada azadlıq musiqisi kimi səslənən cazın öz qolu, öz axarı və cazibə qüvvəsi var. Məsələn, Braziliya, Kuba, Polşa və digər bir neçə ölkədə cazın spesifik çalarları mövcuddur. Kuba cazı daha çox emosionallığı ilə seçilirsə, muğam üzərində qurulmuş Azərbaycan cazı lirizmi ilə diqqəti cəlb edir. Azərbaycan cazı Şərqin incə melodik duyumu ilə Qərbin improvizasiya azadlığının nadir və sehrli qovuşağıdır.
Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərinin sonunda böyük musiqi xiridarları Niyazi və Tofiq Quliyevin yaratdıqları “Dövlət cazı” adı ilə tanınan Dövlət estrada orkestri tərəfindən qoyulub. Orkestrin ilk tərkibi üç trombon, eyni sayda truba, beş saksafon, royal, gitara və zərb alətlərindən ibarət olub. Orkestrin ilk konsert proqramına klassik caz musiqisi nümunələri ilə bərabər Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil edilib.
1941-1945-ci illər müharibəsi dövründə və müharibə qurtardıqdan sonra “Dövlət cazı”na bəstəkar Rauf Hacıyev rəhbərlik edib. Amma 50-60-cı illərdə SSRİ-nin Qərb əleyhinə yönəlmiş təbliğat maşını ölkədə bu musiqi janrının inkişafına güclü ziyan vurub. Ancaq bütün qadağalara baxmayaraq, bu musiqinin fanatları bir yerə toplaşır, Qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa etməyə cəhd göstərirdilər.
60-cı illərdə Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı formalaşdı. Rafiq Babayevin “Qaya” vokal kvarteti yarandıqdan sonra Vaqif Mustafazadə dövrü başladı.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30

