/ / Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti ilə ADİU arasında əməkdaşlıq gücləndirilir
Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti ilə ADİU arasında əməkdaşlıq gücləndirilir
03.07.2015 [09:52]
İyulun 2-dən 4-dək Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin (AİM-MTU) (Naüionalğnıy İssledovatelğskiy Universitet “Vısşaə Şkola Gkonomiki”) rektoru Yaroslav Kuzminov Azərbaycan Dövlət İqtisad Universitetinin dəvətilə ali təhsil müəssisəsində qonaq olacaq.
ADİU ilə Rusiyanın nüfuzlu “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti arasında potensial əməkdaşlığın əsas istiqamətlərinə bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramlarının həyata keçirilməsi, qarşılıqlı tələbə və magistrantların, həmçinin professor-müəllim mübadiləsinin həyata keçirilməsi, birgə yay və qış məktəblərinin təşkil edilməsi, müvafiq mövzular üzrə birgə elmi tədqiqatların aparılması və beynəlxalq elmi-tədqiqat qrant layihələrində birgə iştirak edilməsi, hər tədris ilində müvafiq sayda tədqiqatçının digər universitetdə tədqiqat aparması, yeni tədris metodları, modullar üzrə təhsil, tədris prosesinin elektronlaşdırılması, müəllimlərin reytinqinin müəyyən edilməsi və digər məsələlər üzrə təcrübə mübadiləsi, birgə konfransların (vebinar və videokonfranslar da daxil olmaqla) təşkil edilməsi, Ali İqtisad Məktəbi Olimpiadasının hər il ADİU-nun ev sahibliyi ilə keçirilməsi məsələləri daxildir.
Ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlığın tarixçəsi 2014/2015-ci tədris ili ərzində hər iki universitetin beynəlxalq əlaqələr üzrə müvafiq strukturları arasında potensial əməkdaşlıq imkanlarına dair aktiv yazışmaların həyata keçirilməsi ilə başlayıb. Bu ilin 14-15 fevral tarixlərində ADİU-da nüfuzlu Ali İqtisad Məktəbinin Azərbaycan üzrə Olimpiadası keçirilib. 50-yə yaxın azərbaycanlı tələbənin iştirak etdiyi olimpiadada ADİU-nun 2 tələbəsi qalib olub. Hər iki tələbə AİM-MTU-da ödənişsiz magistratura pilləsində təhsil almaq imkanı əldə ediblər.
Həmin ərəfədə Ali İqtisad Məktəbinin professoru M.V.Plotnikov tələbələri üçün master klasslar verib.
Bu ilin 17 aprel tarixində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində “Moskva Beynəlxalq Təhsil Salonu”nda iştirak çərçivəsində ADİU ilə Ali İqtisad Məktəbi arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənəd ADİU-nun rektoru, professor Ədalət Muradov və Ali İqtisad Məktəbinin rektoru Yaroslav Kuzminov tərəfindən imzalanıb.
“QS” və “Webometrics” dünya universitetləri reytinqində yer alan Rusiyanın nüfuzlu “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti 1992-ci ildə yaranıb. Universitet 25 minlik tələbə və 2500 nəfərlik tədris heyətinə malikdir. 35 min tələbəni məzun edən universitet liseydən aspirantura və MBA səviyyəsinə qədər təhsilin bütün pillələrini əhatə edir. Dünyanın qabaqcıl universitetləri ilə mübadilə və ikili diplom proqramlarına malik ali təhsil müəssisəsində sosial-iqtisadi ixtisaslarla yanaşı, humanitar, mühəndis və kompüter elmləri üzrə geniş spektrli tədris həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

