“Azərbaycan Hava Yolları” “Skytrax”ın nüfuzlu “4 Ulduz” reytinqinə layiq görülüb
18.06.2015 [09:21]
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) dünyaca məşhur və Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən nüfuzlu konsaltinq şirkəti olan “Skytrax” tərəfindən nüfuzlu “4 Ulduz” reytinqinə layiq görüb.
“AZAL”ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aviaşirkət bu statusa “Skytrax”ın xidmət keyfiyyəti və səviyyəsini qiymətləndirən müstəqil beynəlxalq auditinin nəticələrinə əsasən layiq görülüb.
“Skytrax” şirkətinin aviaşirkətlərin reytinqi üzrə şkalası 1-dən 5-ə kimi ulduz təşkil edir və aviasiya ictimaiyyəti tərəfindən xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində obyektiv və təkzibedilməz meyar kimi qəbul edilir.
“Skytrax”ın cari reytinqinə görə, ümumilikdə dünyada “4 Ulduz” reytinqli 35 aviaşirkət qeydə alınıb ki, bunların da arasında “Emirates”, “Air France”, “Lufthansa”, “Turkish Airlines”, “KLM”, “British Airways”, “Japan Airlines” və digər tanınmış qlobal daşıyıcılar var. Artıq bu layiqli sırada “AZAL” da öz şərəfli yerini tutacaq.
Son vaxtlara qədər Şərqi Avropa və MDB ölkələri arasında “4 Ulduz” reytinqli yalnız bir daşıyıcı qeydə alınıb.
“4 Ulduz” reytinqinə layiq görülmədən öncə aviaşirkət müstəqil beynəlxalq auditorlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən çox meyar üzrə qiymətləndirilib. Bütövlükdə aviaşirkətin saytı, saytda məlumatın təqdim olunması, biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər kimi sərnişinlər üçün mühüm olan aviaşirkətin məhsul komponentləri qiymətləndirilib. Təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi; təyyarənin göyərtəsində əyləncə; heyət üzvlərinin uniformaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə qiymətləndirilib. Dyuti-Fri xidməti, bort jurnalının məlumat tərkibi, bortda qidalanmanın keyfiyyəti və oturacaqların rahatlığının qiymətləndirilməsi də diqqətdən kənar qalmayıb.
Hazırda “AZAL” bütün bu komponentlər üzrə yüksəkdədir. Bundan əlavə, Azərbaycan milli aviadaşıyıcısının “Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti” adlı qlobal kateqoriyada “Skytrax” agentliyi tərəfindən təsis olunan “World Airline Awards” mükafatına namizədliyi verilib. “Air France” və “Delta Air Lines” kimi qlobal daşıyıcılar arasında “AZAL” şərəfli ikinci yerdədir.
“AZAL”dan bildiriblər ki, aviaşirkətə “4 Ulduz” reytinqinin və “Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti” mükafatının verilməsi xəbərinin ilk Avropa Oyunları müddətində gəlməsi aviaşirkətin rəhbərliyi və şirkətin bütün əməkdaşları üçün xüsusilə sevindirici haldır. Bu, şirkətin bütün heyətinin zəhmətkeş və gündəlik əməyinin, göstərilən xidmətlərin səviyyəsinin artırılması və sərnişinlərin qayğısına qalmaq üçün göstərilən daimi və yorulmaz səylərinin sübutudur.
Xəbər lenti
Hamısına baxSosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39

