Mətbuat Şurasının təşəbbüsü ilə jurnalistlərin fransalı senatorlarla görüşü keçirilib
17.06.2015 [10:26]
Ötən şənbə Beynəlxalq Mətbuat Mərkəzində Fransa Senatının üzvləri Natali Qulenin və Andre Riçardın jurnalistlərlə görüşü keçirilib. Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutmuş görüşü giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb. Ə.Amaşov öncə birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimindən söz açıb. Ölkəmizin bu beynəlxalq tədbirlə dünyanı dostluğa, sülhə, qardaşlığa, bərabərliyə səslədiyini vurğulayıb.
Senator N.Qule də birinci Avropa Oyunlarının açılış mərasiminin onda zəngin təəssürat yaratdığını vurğulayıb. O bildirib ki, Azərbaycan belə təqdimatla dünyaya sülh və barış mesajını verməklə yanaşı, özünü mühüm mədəniyyət mərkəzi kimi təqdim edib. O, habelə Azərbaycanın Qərbin mühüm strateji tərəfdaşı olduğunu diqqətə çatdırıb. Xüsusən də Azərbaycan-Fransa münasibətləri üzərində dayanıb. Ölkələr arasındakı dostluq əlaqələrinin müxtəlif istiqamətlərini sadalayıb. N.Qule birinci Avropa Oyunları öncəsi Azərbaycana təzyiq cəhdlərindən də danışıb. Azərbaycanın Qərbin mühüm tərəfdaşı olduğunu bir daha vurğulamaqla ölkəmizin şimalda Rusiya, cənubda İran dövlətilə qonşu olduğunu xatırladıb və əlavə edib ki, Qərb mətbuatı mövcud reallığı mütləq şəkildə nəzərə almalıdır.
Milli Məclisin deputatı, Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev də birinci Avropa Oyunlarının açılış mərasiminin yüksək səviyyədə təşkilindən qürur hissi keçirdiyini dilə gətirib. Mühüm idman hadisəsinin dünyaya çatdırılması üçün beynəlxalq miqyasda tanınmış kütləvi informasiya vasitələrinin ölkəmizdə təşrif buyurduğunu qeyd edən C.Feyziyev bildirib ki, MŞ xarici media nümayəndələrinin və siyasi ictimai xadimlərin yerli jurnalistlərlə görüşünün təşkilinə xüsusi önəm verir. Bu baxımdan İsrailin və Türkiyənin media nümayəndələri ilə təmaslarının olduğunu deyib.
Fransa-Azərbaycan dostluq qrupunun üzvü, senator Andre Riçard çıxışına ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının açılış mərasimi barədə təəssüratlarını bölüşməklə başlayıb. Mərasimin onu valeh etdiyini bildirən A.Riçard Fransanın Oyunlarda iştirakçı idmançı sayına görə 3-cü yerdə qərarlaşdığını əlamətdar hal kimi diqqətə çatdırıb. O, gənc, müstəqil dövlət olan Azərbaycanın böyük perspektivə malik olduğunu vurğulayıb.
Görüşdə senatorlar N.Quleyə və A.Riçarda Azərbaycan və Fransa arasındakı dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mətbuat Şurasının fəxri diplomları təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20

