Sabirabadda “Media: Vətənpərvərlik və milli maraqlar” mövzusunda təlim keçirilib
05.06.2015 [10:05]
İyunun 2-də Sabirabad rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Media: Vətənpərvərlik və milli maraqlar” mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev mövzunun əhəmiyyətinə toxunub, vətənpərvərliyin təbliğinin xüsusi önəm daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, vətənpərvərliyin gücləndirilməsi işində medianın rolu əhəmiyyətlidir.
Sonra çıxış edən layihənin rəhbəri Kamran İsmayılov diqqətə çatdırıb ki, layihə olduqca aktual mövzuya həsr olunub: “Media: Vətənpərvərlik və milli maraqlar” adlı layihədə əsas hədəfimiz kütləvi informasiya vasitələrində, xüsusilə, sosial mediada fəaliyyət göstərən gənclərin milli maraqlarının müdafiəsi yönündə səfərbər olunmasına dəstək verməklə Azərbaycan reallıqlarının gənc jurnalistlər tərəfindən daha geniş təbliğatına nail olmaqla yanaşı, gənclər arasında milli vətənpərvərlik duyğularının daha da güclənməsinə çalışmaqdır. Bununla, həmçinin, gənc jurnalistlərin peşə vərdişlərinin inkişaf etdirilməsinə də nail olacağıq”.
Bu layihə çərçivəsində Sabirabad rayonunda və Bakı şəhərində çalışan gənc jurnalistlər üçün təlimlər keçirilməsinin nəzərdə tutulduğunu deyən Kamran İsmayılov əlavə edib ki, “Media: Vətənpərvərlik və milli maraqlar” mövzusunda xüsusi buklet və posterlər hazırlanıb, layihənin geniş KİV-də təbliğatı təmin edilib.
İştirakçılar qarşısında çıxış edən layihənin eksperti Aqşin Şahinoğlu isə bildirib ki, KİV-lər cəmiyyətdə, xüsusilə, gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir: “Lakin bir sıra KİV-in, xüsusən də sosial medianın fəaliyyətinin funksionallığı bəzi hallarda bilərəkdən, yaxud bilməyərəkdən milli maraqlara qarşı yönəldilən bir vasitə kimi çıxış edir. Eyni zamanda, bu gün gənc jurnalistlərin bilməyərəkdən milli maraqlarımıza zidd informasiyaların yayılmasında iştirakı, gənc jurnalistlərin peşəkarlıq səviyyəsinin yetərli olmaması, informasiya təhlükəsizliyi ilə bağlı gənc jurnalistlərin yetərli məlumatlılığının olmaması, gənc jurnalistlər arasında ixtisaslaşmanın olmaması, gənc jurnalistlərin sosial mediadan dövlət və milli maraqların, ölkəmizin mövcud reallıqlarının təbliği və ifadəsi istiqamətində fəaliyyətinin istənilən səviyyədə olmaması, maarifləndirmə işinin kifayət qədər yüksək səviyyədə aparılmaması kimi problemlərin mövcudluğu sirr deyil. Ona görə də, xüsusən, hərbi-ekstremal vəziyyətdə medianın fəaliyyətinin nizamlanması günün əsas çağırışlarından biridir”.
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28

