ŞAİR, ALİM, PEDAQOQ
16.05.2015 [11:54]
Gəncə Nizamiylə ucalan zaman,
Dünya xəritəyə alınmamışdı.
Nyu-Yorkun yerində, inan, o zaman
Hələ qəsəbə də salınmamışdı.
Vətənə, torpağa, millətə, elə-obaya böyük sevgi və qayğı ilə yanaşmanın ən bariz nümunəsi kimi təqdim etdiyimiz bu epiloqun müəllifi tanınmış gəncəli - şair, alim və pedaqoq Rübaildir!
Şeirdən bir parça
Günəş halal bölüb gecə-gündüzü,
Göylərə mükafat verilib ulduz.
Halallıq nişanı, igidlik rəmzi,
Düzlük timsalıdır bu Qızıl Ulduz.
Rübail Nəcəf oğlu Allahverdiyev 75 ildir ki, doğulduğu Gəncənin havasını alır, suyunu içir, çörəyini yeyir və hər hərəkətində, sözündə, davranışında yazılarında onu vəsf edir, ucaldır, Nizaminin şeir-sənət dünyasına layiq bir Vətən torpağı olduğunu qeyd edir.
Ünvan yaranmısan qədim bu yurda,
Sözün bizim elə, bizim yurdadı.
Gəncə hardadırsa, Nizami orda -
Nizami hardasa, Gəncə ordadı.
Şair Rübailin şeirləri, rübailəri və qəzəlləri dərin mənalı olmaqla yanaşı, cəmiyyətin inkişafına xidmət edir, onu təmizliyə, saflığa çağırır.
Yaxşıdan yan keçib pisi görənlər,
Odda əl isidib hisi görənlər,
Görəsən, özündən utanırmı heç
Qızıldan yan ötüb misi görənlər.
Və yaxud
Dəvəquşu nə dəvədi, nə quşdu,
Kimliyini özgəsindən soruşdu.
Qanad verdi bir gün Allah dəvəyə -
Uçammadı dəvə, neçə ev uçdu.
Rübail güclü müşahidə qabiliyyətli, fitri istedad sahibidir. Xalq şairi Xəlil Rza Ulutürk haqlı olaraq ona belə qiymət vermişdir: “Rübailin şeirlərinin ən yaxşı nümunələrində təzəlik, bədii təravət, yığcamlıq, sözə qənaət və s. bu kimi bədii keyfiyyətlər nəzərə çarpır. Məsələn, “Quş haqqında ballada”da üç quşun: qağayı, qutan və səməndərin poetik obrazı yaradılıb. Bədii üstünlüyü budur ki, həmin şeir yalnız quşlar haqqında deyil, ilk növbədə, insan haqqındadır. İnsana məxsus olan sədaqət, fədakarlıq və yüksəliş eşqi quşlara da xasdır və şair məhz buna görə həmin keyfiyyətləri tərənnüm edir.
Balası susuz ölsə,
Köksünü parçalayar,
Özünü daşdan atar.
Su yerinə qan verib
Körpəsini yaşadar.
Qutan quşu haqqında bu misralar sanki Ana haqqında deyilir. “Göylərdə uçmaq üçün əzab çəkməyə dəyər”,- deyən gənc şair özünü məşələ döndərən əfsanəvi səməndəri alqışlayır”.
Yazıçı Qərib Mehdi Rübail şeirlərinin ikiqat məntiqli olduğunu, onun poeziyasının elmi qanunlara və qanunauyğunluqlara söykəndiyini və bu səbəbdən də elmi özünə müştərək edən sənəti təslim etməyin mümkünsüz olduğunu bildirir. O qeyd edir ki, “Rübail qələmindən çıxan yazılar zəhmətsiz həzm olunan yazılardan deyil. Onun yazılarında yetəri sayda döngələr-dönümlər olur”. Bu, həqiqətən də, belədir və bu, özünü onun bütün yazılarında çılpaqlığı ilə büruzə verir.
Düz yerdə qıvrılmağı,
Dil açıb yalvarmağı,
Sonra da dik durmağı
İlandan öyrənmişik.
Və yaxud
Dənizə yağış yağır,
Göylər ağlayır, gülür.
Bunu bir dəniz bilir,
Bir də ki, göylər bilir.
Vətən təəssübkeşi olan Rübail doğma torpaqlarımızın düşmən tapdağı altında qalması ilə heç cür barışa bilmir, onu yağılardan təmizləməyə üsyankar bir tərzdə çağırış edir.
Gümüşü nalları kəhər neyləyir,
Göydəmir qulanlar yüyən çeynəyir.
Baxdıqca bağrımın başı göynəyir -
Örkəndən bezardı əyri doğanaq,
Burax bu kəhərin başını, burax.
Ürək ağrısı ilə yazılan, minlərlə bu qəbildən olan misralar vaxt, zaman keçdikcə şair qəlbini göynətdi, silkələdi, onu fiziki sınağa çəkdi. Moskvada, ürək əməliyyatı ilə bağlı akademik R.S.Akçurinin cərrahiyyə otağına girməzdən qabaq Rübailin yazdığı çox təsirli misralara diqqət yetirək:
Köksümü yaranda asta köks ötür,
Görüb dağ-düyünü əsmə, amandı.
Orda kin-küdurət varsa, kəs, götür,
Təkcə məhəbbəti kəsmə, amandı.
Elə bu həyat eşqidir ki, onun bu gün də böyük məhəbbətə olan inamını, etibarını qoruyub saxlayır, hətta cənnətdə belə məhəbbətsiz keçinə bilməyəcəyini deyir:
Həsrət zirvəsinə qoyulmuş tacam,
Sənsiz cənnətdə də ağlayacağam.
Məni axtaran var, hələlik sağam -
Mən nə axtarıram bilmirəm hələ.
12 şeir kitabının müəllifi olan şair Rübail SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Beynəlxalq Rəsul Rza” mükafatı laureatı, “Ədəbiyyat” qəzetinin redaksiya heyətinin üzvüdür.
Rübailin şeirlərinə görkəmli bəstəkar Cahangir Cahangirov, Yenibar Cəfərov, Elmir Əlizadə, Rafiq Ziyadov, Vüqar Əlioğlu tərəfindən musiqilər bəstələnmiş, görkəmli sənətkarların ifasında səsləndirilmişdir.
Daim axtarışda olan, təbiətin sirlərini öyrənməyə cəhd edən, tapdığı ilə kifayətlənməyən, onun alt qurumlarına qədər gedən Rübail Allahverdiyev həm də dərin zəka sahibi olan alim-professordur. Onun baytarlıq sahəsində ölkəmizdə və xaricdə çap olunmuş 70-ə qədər elmi məqaləsi elm və tədris sahəsində geniş istifadə olunur. O, baytarlıq sahəsində sayılıb seçilən alimlərdən biri kimi, çoxsaylı beynəlxalq elmi konfranslarda, seminarlarda, simpoziumlarda məruzələrlə çıxışlar etmişdir.
Rübail müəllim, sözün əsl mənasında, Müəllimdir, yüksək səviyyəli pedaqoqdur. O, 1974-cü ildən başlayaraq baytarlıq fakültəsi tələbələrinə “Kənd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası” və “Patologiya” fənlərindən mühazirələr oxuyur, laboratoriya - təcrübə məşğələləri aparır. Tədris etdiyi fənlər üzrə çoxsaylı dərslikləri, dərs vəsaitləri, metodik göstərişləri, tədris proqramlarına görə Rübail Allahverdiyev professor adına layiq görülmüşdür.
Tədris sistemində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 18 may 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına, 2015-ci ildə isə Prezident təqaüdünə layiq görülmüşdür.
Müəllim əməyini, zəhmətini öz cismində hiss etdiyindən o, bu şərəfli adı yüksək qiymətləndirir, onu müqəddəslik zirvəsinə qədər ucaldır:
Hər kəsin müqəddəs ocaq sandığı,
Məktəb dediyimiz bir türbəsi var.
Şahın da, hökmün də arxalandığı,
Müəllim adlanan bir türbəsi var.
Müdrik müəllimin hər imtahanı
Aqil kürəyində qayğı əlidir,
Müəllim önündə diz çöküb hamı,
Böyük ehtiramla baş əyməlidir.
Rübail bu gün şair həyatının gəncliyini, alimlik dövrünün yetkinliyini, müəllimlik dövrünün ahıllığını yaşayır.
Gözəl ailə başçısı, xoşbəxt ata və baba olan Rübail Nəcəf oğlu Allahverdiyevə Ulu Tanrıdan möhlət verilən ömrü bundan sonra da sağlam canla yaşamasını arzu edirik!
Zaur HƏSƏNOV,
Nüsrət HÜSEYNOV
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

