Bakı Şəhər İcra Hakimiyyətində Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib
11.04.2015 [12:04]
Bakı Şəhər İcra Hakimiyyətində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 50-dək üzvü ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, müharibə iştirakçılarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bir-bir qarşılayıb, gül dəstələri verib, onlarla xatirə şəkili çəkdirib.
Böyük Vətən müharibəsinin veteranlarını Qələbənin 70 illiyi münasibəti ilə təbrik edən H.Abutalıbov onlara cansağlığı arzulayıb, görüşlərin davamlı olacağını vurğulayıb. Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, bu görüş Prezident İlham Əliyevin “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.
“Mən sizin qarşınızda baş əyirəm. Sizə qayğı göstərmək bizim borcumuzdur. Ona görə sizlərə minnətdarıq ki, bugünkü sakit Azərbaycanı bizə bəxş etmişiniz”, - H.Abutalıbov qeyd edib.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino xidməti idarəsinin “Çətin sınaqdan keçən şəhər” adlı sənədli filmi nümayiş olunub. Filmdə köhnə və müharibə dövründəki Bakının təsvirləri əks olunub, müharibənin ağrı-acısını günümüzədək yaşadan veteranların xatirələri, tövsiyələri, kövrək hissləri yer alıb.
Vətənin azadlığı uğrunda xidməti olanlara, veteranlara qayğı göstərməyin Ümummilli lider Heydər Əliyevdən gələn ənənə olduğunu xatırladan Hacıbala Abutalıbov - “Heydər Əliyev heç nədən Azərbaycan dövlətini qurmuşdu, İlham Əliyev isə inkişaf edən Azərbaycanın qurucusudur” - deyib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev səmimi qəbula, onlarla görüşə görə şəhər İcra Hakimiyyətinin əməkdaşlarına təşəkkürünü bildirib, Hacıbala Abutalıbova “Veteran həmrəyliyi” medalını təqdim edib.
Görüşün sonunda hər bir veterana maddi yardım, suvenir, böyük ekranlı televizor bağışlanıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20

