“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib
09.04.2015 [10:05]
AMEA Humanitar Elmlər Bölməsi və “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Çanaqqala zəfərinin böyük tarixi əhəmiyyətindən bəhs edilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında AMEA Humanitar Elmlər Bölməsi və “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş “Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib. Tədbiri giriş sözü ilə açan bu elm müəssisəsinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Çanaqqala zəfərinin böyük tarixi əhəmiyyətini xüsusi vurğulayıb, türk xalqı ilə birgə üç minədək azərbaycanlının da iştirakı ilə qazanılan bu qələbənin iki qardaş xalq arasında tarixi bağlılıq və birlik hisslərinin tarixən mövcud olduğunu növbəti dəfə təsdiqlədiyini bildirib.
Prezident İlham Əliyevin Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə iştirakının iki ölkənin xalqları tərəfindən yüksək dəyərləndirildiyini vurğulayan akademik Bakıda, eləcə də, respublikamızın bir sıra bölgələrində 1918-ci il qırğınlarında azərbaycanlılarla çiyin-çiyinə türk qardaşlarımızın da erməni daşnaklarına qarşı birgə vuruşduqlarını bildirib. Akademik İ.Həbibbəyli tarixi Çanaqqala zəfərinin təntənəsini Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin parolu kimi səciyyələndirib. Sonra “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi tərəfindən çəkilən, Çanaqqala zəfərinin 100 illiyinə həsr edilən “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” sənədli filminin təqdimatı olub. İ.Həbibbəyli filmi tarixi əhəmiyyətli, uğurlu ekran əsəri kimi dəyərləndirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Yazıçılar Birliyi ilə Türkiyənin ölkəmizdəki səfirliyinin birgə təşkil etdiyi, Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş ən yaxşı bədii əsər müsabiqəsinə start verildiyini bildirib. O, müsabiqənin şərtləri barədə ətraflı məlumat verərək alim və jurnalistləri də bu yarışmada iştiraka dəvət edib. Sonra Milli Məclisin deputatı, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlının “Çanaqqala zəfəri və müasir dövr” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Çanaqqala zəfərinin elmi-tarixi aspektləri ilə yanaşı, o zamankı dünya siyasəti, mövcud tarixi-coğrafi şərait və s. istiqamətlərdə aparılan araşdırmalar təqdim olunub.
Çıxış edən “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi”nin sədri Mahirə Əsədova rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının fəaliyyəti boyu Azərbaycan və Türkiyə əlaqələrinin dəstəklənməsi istiqamətində bir çox mühüm layihələr həyata keçirdiyini bildirib, Çanaqqala zəfərinə həsr olunan filmin bu işlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, “Çanaqqala zəfəri”nə və Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş “Torpaq, uğrunda ölən varsa, Vətəndir” adlanan sənədli-bədii filmin çəkilişləri Türkiyədə, Çanaqqalada, Şabran rayonunun Dağbilici kəndində, eyni zamanda, Bakıdakı Şəhidlər xiyabanında həyata keçirilib.
Sonra Türkiyənin Azərbaycandakı səfirliyinin məsul nümayəndəsi Meral xanım Barlas, Xalq şairi Zəlimxan Yaqub, Uluslararası Türkiyə-Azərbaycan Dərnəklər Federasionunun baş direktoru Seyfəddin Ayaqyay, Milli Məclisin deputatı Elmira Axundova, Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, professor Məmməd Əliyev və başqaları çıxış edərək Çanaqqala zəfərinin böyük tarixi əhəmiyyətindən danışıblar. Natiqlər AMEA-nın rəhbərliyinə, eləcə də, təqdim olunan sənədli filmin yaradıcı kollektivinə minnətdarlıqlarını bildiriblər. Çıxışlardan sonra Uluslararası Türkiyə-Azərbaycan Dərnəklər Federasionunun rəhbərliyi tərəfindən bir qrup alim və mütəxəssisə xatirə hədiyyələri təqdim olunub. Tədbir bədii hissə ilə yekunlaşıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51

