Bakıda keçirilmiş I virtual “dəyirmi masa” materiallarının kitabçası nəşr olunub
08.04.2015 [09:40]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda I virtual “dəyirmi masa” materiallarının kitabçasını nəşr edib. Kitabça Azərbaycan, rus və ingilis dillərində çap olunub, ön və son səhifələrində dünya dinlərinin simvolları əks olunub.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, virtual “dəyirmi masa” ötən ilin oktyabr ayında keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti tərəfindən təşkil edilib. “Dəyirmi masa”nın iştirakçıları AMEA-nın həqiqi üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Braziliyanın Paraiba Dövlət Universitetinin professoru Sudha Svarnakar, İtaliyanın Romualdo Del Bianko Fondunun prezidenti, memar Paolo Del Bianko, Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatları kafedrasının müdiri Aleksandr Nesterov, Almaniyanın Ostvald fon-Volkenştayn- Qezelşaft Fondunun Prezidenti Ziqlinde Hartman, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut, italiyalı politoloq və naşir Sandro Tetti, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov olub. Kitabçada virtual “dəyirmi masa” iştirakçılarının mövzu ətrafında apardıqları geniş fikir mübadiləsi öz əksini tapıb.
Mütəxəssislər Azərbaycanın multikultural bir cəmiyyət olduğunu və multikulturalizmin azərbaycanlıların həyat tərzinə çevrildiyini vurğulayıblar. “Dəyirmi masa”nın sonunda müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafının xalqımızın mənəvi sıçrayışı fonunda baş verdiyi nəticəsinə gəlinib. Bildirilib ki, Azərbaycanda mənəvi dəyərlər sosial-iqtisadi inkişafın təsiri ilə daha da yüksələrək onu həm müşayiət edir, həm də əsas səbəblərindən biri kimi çıxış edir.
Kitabçada AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadənin və Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru Əlikram Abdullayevin rəyləri yer alıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov bildirib ki, kitabça “Azərbaycan multikulturalizmi” fənninin tədrisində dərs vəsaiti kimi istifadə edilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

