Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bilik Fondu Almaniyanın Auqsburq Universitetində görüş keçirib

Bilik Fondu Almaniyanın Auqsburq Universitetində görüş keçirib

04.04.2015 [11:01]

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə Almaniya Federativ Respublikası Auqsburq Universitetinin nəzdində fəaliyyət göstərən Jakob-Fugger Fondunun icraçı meneceri dr. Tilman Schröder və universitetin professoru prof. dr. Klaus Wolf ilə görüşüb.
Görüş çərçivəsində Bilik Fondu ilə Almaniyada maarifçilik və analitik araşdırmalarla bağlı layihələr həyata keçirən Jakob-Fugger Fondu arasında ikitərəfli münasibətlərə dair əməkdaşlıq sazişi imzalanıb.
Sazişə görə, Bilik Fondu ilə Jakob-Fugger Fondu arasında birgə layihələrin həyata keçirilməsi, Azərbaycan elmi, tarixi, mədəniyyəti və incəsənətinin Almaniyada təbliği istiqamətində müştərək tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulur. Fugger Fondunun rəhbəri Auqsburq Universitetinin prezidenti prof. Sabine Doering-Manteuffeldir. Xatırladaq ki, Bilik Fondu “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində bir sıra xarici universitetlərlə əməkdaşlığını genişləndirir.

Paylaş:
Baxılıb: 878 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31