ADİU-da London İqtisadiyyat Məktəbinin diplomunu almaq mümkün olacaq
04.04.2015 [10:57]
Prezident İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda xüsusi diqqət ayrılan təhsil sahəsində beynəlxalq təcrübə və mütərəqqi xarici modellərin ölkəmizdə tətbiqi məsələsini əsas tutaraq, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) iqtisadiyyat yönümlü ali məktəblər arasında dünyanın qabaqcıl universiteti olan London İqtisadiyyat Məktəbi (LSE) ilə əməkdaşlığa başlayıb. Əldə olunan razılığa əsasən, azərbaycanlı tələbələr Avropanın ən nüfuzlu iqtisadiyyat məktəbinin bakalavr diplomunu ADİU-da əldə etmək hüququ qazanacaqlar.
Qeyd olunan əməkdaşlıq tədris və təlim xidmətləri sahəsində dünyanın ən nüfuzlu təşkilatlarından biri olan “Pearson” şirkətinin Oxbridge Educational Services (OES) təşkilatının dəstəyi ilə həyata keçiriləcək. Əməkdaşlıq çərçivəsində ADİU-da London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramının təşkili, eləcə də Universitet Hazırlıq Proqramı (University Foundation Program) və Pearson Beynəlxalq Kvalifikasiya proqramlarından olan LCCI təlimləri reallaşdırılacaq.
Aprelin 3-də ADİU-da sözügedən məsələləri özündə əks etdirən razılaşma memorandumunun imzalanma mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, həmçinin, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov ikitərəfli layihənin tələbələrimizin dünya əmək bazarında rəqabətqabiliyyətli kadr kimi hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov isə qeyd edib ki, Azərbaycan universitetlərinin qabaqcıl dünya təhsilinə inteqrasiyası və standartların adaptasiyası istiqamətində atdığı addımlar yüksək qiymətləndirilir. Bu istiqamətdə həyata keçirilən layihələrin Təhsil Nazirliyi tərəfindən hər zaman dəstəkləndiyi bildirilib.
OES təşkilatının rəhbəri Keyt Şarp məruzəsində London İqtisadiyyat Məktəbindəki tədris prosesi, razılaşmanın detalları və gələcək perspektivlər barədə danışıb.
Sonra memorandum sənədi ADİU-nun rektoru Ə.Muradov və Oxbridge Educational Services təşkilatının rəhbəri Keyt Şarp tərəfindən imzalanıb.
Memoranduma əsasən, London İqtisadiyyat Məktəbinin 3 illik proqramına qoşulacaq tələbələr Azərbaycanda LSE-nin Humanitar və Sosial Elmlər sahəsi üzrə bakalavr dərəcəsini əldə etmək hüququ qazanacaqlar. Proqram çərçivəsində Mühasibat və Maliyyə (BSc Accounting and Finance), Biznes və Menecment (BSc Business and Management), İqtisadiyyat (BSc Economics), İqtisadiyyat və Maliyyə (BSc Economics and Finance), İqtisadiyyat və Menecment (BSc Economics and Management) ixtisasları üzrə bakalavr dərəcəsi verilməsi nəzərdə tutulub. LSE-nin mövcud kurrikulumuna uyğun olaraq, ADİU-da hər il 4 fənn olmaqla 3 il ərzində 12 əsas fənn tədris olunacaq.
Proqram üzrə dərslər bütövlükdə ingilis dilində aparılacaq, London İqtisadiyyat Məktəbinin dərsliklərindən və tədris vəsaitlərindən istifadə olunacaq. Tələbələr 5 milyonluq nəşr kolleksiyası ilə iqtisadiyyat sahəsində dünyanın ən böyük kitabxanasına malik LSE-nin elektron kitabxanasından tamhüquqlu istifadə imkanı əldə edəcəklər. Tədris prosesinə London İqtisadiyyat Məktəbindən dəvət edilən professorlarla yanaşı, OES və ADİU-nun yerli və xarici müəllimləri də cəlb olunacaqlar. Proqramı müvəffəqiyyətlə bitirən məzunlar London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edəcəklər.
Əlavə olaraq, razılaşma çərçivəsində ADİU-da Pearson Beynəlxalq Kvalifikasiya proqramlarından olan LCCI (London Chamber of Commerce & Industry) təlimləri də təşkil olunacaq. Qeyd edək ki, biznesin müxtəlif sahələri (mühasibat uçotu, biznesin idarəedilməsi və biznes ingilis dili) üzrə sertifikat təlim proqramları təqdim edən LCCI dünyanın qabaqcıl universitetləri və şirkətləri tərəfindən tanınır. 3-6 ay müddətinə xarici və yerli müəllimlər tərəfindən tədris olunan hazırlıq kursları bütünlükdə ingilis dilində aparılır.
Bu əməkdaşlıq ADİU-da təhsilin keyfiyyətinin yüksəldilməsinə, eləcə də məzunların əmək bazarında rəqabət qabiliyyətinin daha da artmasına mühüm töhfə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

