Paytaxtımızdan qar mənzərələri...
10.01.2015 [11:24]
Qar Bakıya ayrı bir füsunkarlıq bəxş etdi...
Tarixi qədimliyi və müasir gözəlliyi ilə dünya şəhərləri içərisində özünəməxsus yeri olan Bakımızı dünyanın ən gözəl şəhərləri ilə müqayisə edənlər əsla yanılmayıblar. Ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələrinin, respublikamızda şəhərsalma sahəsində görülən işlərin fonunda günü-gündən gözəlləşən Bakımıza bütün fəsillər çox yaraşır. O cümlədən qış da. Bu günlərdə qışın gözəlliyi sayılan qarın yağışı ilə şəhərimiz ağappaq örtüyə büründü.
Bu gün paytaxtımızda milli memarlıq ənənələrinə sadiq qalınaraq müasir üslubda həyata keçirilən layihələr çərçivəsində salınan yeni parkların, xiyabanların ağappaq örtüyünə baxanda, həmin parklarda, xiyabanlarda övladları ilə gəzməyə çıxan şəhər sakinlərini görəndə insan müasirləşən, öz inkişaf tempinə görə regionda lider olan ölkədə yaşadığına görə fəxr edir. Balacalar qartopu oynayır, qardan adamlar düzəldir, qara bürünmüş park və xiyabanlarda sürüşür, bir sözlə, paytaxtımıza yağan ilk qarın sevincini yaşayırlar. Öz körpələri ilə şəhərə çıxan böyüklərin də üzündən fərəh və məmnunluq hissi aydın oxunur.
Qar həm də saflıq, ruzi-bərəkət rəmzidir. Gecə pəncərədən həyətə boylanıb qar yağdığını görən insanlar yeni ildən dərhal sonra bu qarın ölkəmizə ruzi və bərəkət gətirəcəyini bilir və buna görə sevinirlər. Hər fəslin öz gözəlliyi olduğuna inanan insanın ruhuna rahatlıq gətirən bu bəyazlığın içində daha çox zaman keçirməyə çalışırlar. Yağan ağappaq qar insanın ruhunu təzələyir, onu sakitləşdirir və müsbət enerji bəxş edir.
İsti geyinib, evinizdən çıxıb qarın üstündə gəzmək qədər gözəl bir hiss ola bilməz. Hətta nə qədər yıxılmaq ehtimalımız olsa belə... Hansı birimiz qarlı havada yıxılmamışıq? İndi hər birimiz həmin anları xoş, ilıq bir təbəssümlə xatırlayırıq. Bu reportajı hazırlamaq məqsədi ilə paytaxt küçələrini dolaşanda fərqinə vardıq ki, ilk qarın yağmağına sevinən təkcə uşaqlar deyil. Nisbətən yaşlı insanlar da qarın yağmağına həddindən artıq sevinirdilər. Bu həm də onlar üçün bir Bakı nostaljisi idi. Onlar balacaların əlindən tutub, onların yıxılmaması üçün diqqətli davranaq qocafəndi bir tövrlə asta-asta nəsə danışırdılar. Tarixi keçimişi ilə öyünməyə haqqı olan paytaxtımızın bu günü və gələcəyi olan balacalar üçün o günlər hər nə qədər nağıl kimi görünsə də, onlar yağan bu ağappaq qarla birgə qədim dövrlərə səyahət edirdilər. Uşaqlar tam dəqiqliyi ilə anlayıb dərk etməsələr də, əllərindən tutub onlarla asta-asta danışan qocalara bəlli idi ki, bu gün yaşadığımız Bakının o dövrlərin Bakısından fərqi çoxdur. İndiki Bakı dünyanın inkişaf etmiş şəhərlərindən biridir. Bakı inkişafdır, Bakı dinamikadır, indiki Bakı sabaha atılan əmin addımlardır.
Bir sözlə, deməliyik ki, paytaxtımıza yağan qar öz füsunkarlığı ilə Bakımızı daha da gözəlləşdirdi. Onun ruhuna ayrı bir ruh qatdı və bu qar Bakıya çox yaraşdı.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

