Qəbələ rayonunun Nic qəsəbəsində Milad bayramı qeyd edilib
08.01.2015 [09:58]
Dünya xristianları İsa Peyğəmbərin mövludu gününü - Milad bayramını qeyd edirlər.
AzərTAc xəbər verir ki, Qəbələ rayonunun Nic qəsəbəsinin sakinləri olan udinlər də bu günü özünəməxsus şəkildə qeyd ediblər.
Udinlər yanvarın 7-də Nic qəsəbəsindəki “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasiminə toplaşıblar. Tədbirdə alban-udin icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətimizin onlara olan diqqət və qayğısından danışıblar. Həmçinin bayram münasibətilə təbriklər səsləndirilib.
Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasının ölkədə hökm sürən tolerantlıq mühitinə gözəl nümunə olduğunu qeyd ediblər. Məlumat verilib ki, dünya xristianları mənsub olduqları məzhəblərdən asılı olaraq, Milad bayramını müxtəlif günlərdə (dekabrın 25-dən yanvarın 6-7-dək) keçirirlər. Bəzi mülahizələrə görə, bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranıb və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşüb.
Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub.
Mərasimdə məlumat verilib ki, Nic qəsəbəsində 3 kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 nəfər udin yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 udin yaşayır ki, onların 300-ü Oğuz rayonunda və paytaxt Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.
Diqqətə çatdırılıb ki, Sovet hakimiyyəti illərində udinlərə öz bayramlarını qeyd etmək qadağan olunub. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən sonra onlar bayramlarını hər il qeyd ediblər. Onlara yaradılan imkanların bariz nümunəsi kimi 2002-ci ildə “Cotari” məbədinin əsaslı təmir və bərpa olunaraq udinlərin istifadəsinə verilməsi göstərilib. Bildirilib ki, bir sözlə, Nic qəsəbəsi Azərbaycandakı tolerantlığın kiçik modeli hesab edilir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

