/ / “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Denis Lemarşal Bakı Ali Neft Məktəbində olub
“Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Denis Lemarşal Bakı Ali Neft Məktəbində olub
08.01.2015 [09:54]
Fransanın “Total” şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş icraçı direktoru və Azərbaycan üzrə təmsilçisi Denis Lemarşal Bakı Ali Neft Məktəbində (BANM) olub. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı salamlayaraq, rəhbərlik etdiyi ali təhsil ocağı haqda məlumat verib. O, ali məktəbin yaranma tarixindən danışaraq, BANM-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2011-ci ildə yaradıldığını bildirib.
Rektor E.Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində açılan bu ali məktəbin yarandığı qısa zaman ərzində dünya şöhrətli, bir çox tanınmış neft-qaz şirkətləri ilə əməkdaşlığa imza atdığını qonağın diqqətinə çatdırıb. E.Qasımov deyib ki, bu il ali məktəbə qəbul olan abituriyentlərdən 17 nəfəri Prezident təqaüdçüsü adını qazanıblar. BANM-in Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətləri, həmçinin, ARDNŞ üçün kadr hazırlığı həyata keçirdiyini və tələbələrin bu şirkətlərdə mütəmadi olaraq təcrübə keçdiklərini bildirib, “Total” şirkətinin Bakı Ali Neft Məktəbinin ilk əməkdaşlıq etdiyi şirkətlərdən birincisi olduğunu deyib. Rektor qarşılıqlı-faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb. O, Denis Lemarşalı və şirkətin əməkdaşlarını BANM tələbələri üçün mühazirə-seminarlar keçirməyə dəvət edib və bunun tələbələr üçün faydalı olacağını bildirib.
Öz növbəsində, “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Denis Lemarşal BANM-də olmasından məmnunluq ifadə edib. O, Fransa ilə Azərbaycan arasında əlaqələrdən söz açaraq ikitərəfli əlaqələrin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini deyıb. Əməkdaşlığın davam və inkişaf etdirilməsinin vacibliyindən söz açan Denis Lemarşal BANM tələbələri üçün təmsil etdiyi şirkətin ixtisaslı kadrları tərəfindən mühazirələrin təşkilinin mümkünlüyünü bildirib və razılığını ifadə edib.
Xatırladaq ki, BANM və Fransanın “Total” şirkəti arasında 10 aprel 2013-cü ildə Əməkdaşlıq Protokolu imzalanıb. Sənəddə BANM və Fransanın neft-qaz və kimyayönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin “Total” şirkətinin baş ofisində təcrübə keçmələrinin təmin edilməsi, “Professionallar Assosiasiyası”nın üzvlərinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün mühazirələr oxumasının təmin olunması və BANM-in tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etməsi nəzərdə tutulur.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

