“Şəxsi inkişaf akademiyası”nın açılış mərasimi keçirilib
25.11.2014 [09:40]
“İrəli” İctimai Birliyi gənclərin fəaliyyətlərini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən təşkilatdır. Birlik üçün prioritet məsələ bu istiqamətdə fəaliyyət göstərən bütün dövlət qurumları, qeyri-hökumət və gənclər təşkilatları ilə əməkdaşlığı gücləndirməklə Azərbaycanın gənclər siyasətinə töhfə verməkdir.
Bu fikirlər noyabrın 24-də “İrəli” İctimai Birliyinin “Şəxsi inkişaf akademiyası” layihəsinin açılış mərasimində səsləndirilib.
AzərTAc xəbər verir ki, İctimai Birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə layihəsi respublikamızın 11 regionunu və paytaxtdakı 10 ali təhsil müəssisəsini təmsil edəcək 40 gəncin iştirakı ilə icra olunacaq.
Birliyin sədri Mirhəsən Seyidov həyata keçirilən layihələrdən, gənclər sektoruna dövlət dəstəyindən, bu sahənin inkişafından söz açıb, akademiyanın yaradılmasının zəruriliyindən danışıb. Bildirilib ki, akademiya gənclərin regionlarda və universitetlərdə vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakını təmin etmək, onların idarəetmə bacarığının, intellektual və yaradıcılıq qabiliyyətinin artırılmasına təkan vermək üçün yaradılır. Əsas məqsəd gənclərin idarəetmə üzrə nəzəri və praktiki biliklərini inkişaf etdirməkdir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev belə layihələrin əhəmiyyətindən danışıb, “İrəli” İctimai Birliyinin öz tədbirlərini məhz gənclər evlərində və mərkəzlərində keçirməsi təşəbbüsünü yüksək qiymətləndirib. Sektor müdiri cəmiyyətin bütün sahələrindəki tərəqqinin şəxsi inkişafdan başladığını xüsusi vurğulayaraq “İrəli”nin yeni layihəsinin də uğurlu alınacağına əminliyini ifadə edib.
Digər çıxış edənlər də gənclərə dövlət dəstəyindən söz açıb, əsas istiqamətin onların dəyərli vətəndaş, vətənpərvər olmalarından, bacarıqlı kadr kimi yetişmələrinin əhəmiyyətindən danışıb, “Şəxsi inkişaf akademiyası”nın iştirakçılarına uğurlar diləyiblər.
Tədbir çərçivəsində, həmçinin “İrəli” İctimai Birliyinin fəaliyyətinə aid təqdimat keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

