4 saylı Xankəndi orta məktəbində “Açıq Əyləncəli Futbol Məktəbləri” Festivalı keçirilib
21.10.2014 [09:56]
Dünən Ramanı qəsəbəsində yerləşən Şuşa və Xankəndi qaçqın şəhərciyində inşa edilmiş Nizami Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində “Açıq Əyləncəli Futbol Məktəbləri” Festivalı keçirilib. Açılış mərasimində AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Şuşa rayon təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, məktəbin direktoru Nizami Xudiyev, Şuşa UGİM direktoru Novruz Əbülqasımov iştirak ediblər. Festivala 150 nəfər 7-12 yaşda olan qız və oğlanlar qatılıblar.
Tədbirdə çıxış edən Rauf Əliyev məktəblilərə uğurlar arzulayıb. “Açıq Əyləncəli Futbol Məktəbləri” ilə ilk tanışlığının 2002-ci ildə Bosniya və Herseqovinada olduğunu deyən R.Əliyev bildirib ki, “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi Kopenhagendə Kəsişən Mədəniyyətlər Assosasiyası (CCPA) və Norveç Futbol Federasiyası arasında birgə əməkdaşlıq vasitəsi ilə münaqişələr olan ölkələrdə həyata keçirilir. Onun sözlərinə görə, layihənin əsas məqsədi etnik münaqişələr olan ölkələrdə yaşayan uşaqlara həyatlarının ağrı-acılarını bir qədər unutdurmaq, onların həyat tərzinə futbol və əyləncəli oyunlar vasitəsi ilə müsbət təsir göstərməkdir: “Burada başlıca məqsəd “əyləncəli konsepsiya”dan ibarətdir. Tapşırıqlarımız futbol oyununda elə bir aspektə yönəlir ki, oyun tam əyləncədən ibarət olsun, yalnız bundan sonra xal və əldə olunan nəticənin səviyyəsinə əhəmiyyət verilir. “Açıq Əyləncəli Futbol Məktəbləri”nin əsas prinsipi istedadlı futbolçu hazırlayıb təkmilləşdirməkdən ibarət deyil. Təşkilatçıların, klubların əsas məqsədi istedadlı uşaqları seçmək, bundan sonra onlarda olan istedadı inkişaf etdirməkdir. Bu məktəblərə bacarığından, istedadından asılı olmayaraq 7-12 yaşında oğlan və qız uşaqları qəbul olunur”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda ilk nümunəvi “Açıq Əyləncəli Futbol Məktəbi” 2003-cü ildə “Neftçi” İdman-Sağlamlıq Mərkəzində olub. Məktəbin fəaliyyətində 200 uşaq, 12 nəfər məşqçi, 2 nəfər lider iştirak edib. 2004-cü ildə isə AFFA-nın nəzdində “Açıq Əyləncəli Futbol Məktəbləri”nin ofisi açılıb və o zamandan Azərbaycanda “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi tam fəaliyyətə başlayıb. Artıq bu layihə bir çox rayonlarda həyata keçirilir. R.Əliyev 2014-cü il ərzində ölkədə 12 “Açıq Əyləncəli Futbol Məktəbi”nin açılmasının planlaşdırıldığını deyib: “Bununla da, ölkəmizdə bu məktəblərin ümumi sayı 137-ə çatacaq ki, bu da təxminən 24000 uşaq, 1800 məşqçi-müəllim, lider və təlimatçı deməkdir”.
R.Əliyev bu layihənin həyata keçirilməsində dəstək göstərən bütün təşkilatlara təşəkkür edib.
Tədbirdə digər çıxış edən natiqlər də layihənin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, 4 saylı Xankəndi orta məktəbində keçirilən festivalın iştirakçılarına top, idman forması və başqa inventarlar hədiyyə edilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

