Dini abidələrdə tarixin izləri – Bərdə İmamzadəsi
16.10.2014 [09:37]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun reallaşdırdığı “Dini abidələrdə tarixin izləri” layihəsi Bərdə İmamzadəsindən başlayıb, kompleksin tarixi araşdırılıb, ilk dəfə olaraq daş kitabələr və qəbirüstü yazılar oxunub və tərcümə olunub.
Bu barədə oktyabrın 15-də Bərdə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bərdə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini abidələrdə tarixin izləri - Bərdə İmamzadəsi” mövzusunda elmi-praktik konfransda məlumat verilib.
AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər, Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponat və şəkillərə baxıblar.
Konfransın açılışında çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin başçısı, tarix elmləri namizədi Vidadi İsayev Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” layihəsinə Bərdə İmamzadəsindən başlanmasına və belə yüksək səviyyəli elmi-praktik konfransın keçirilməsinə görə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevə təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Fond tərəfindən həyata keçirilən layihələr, o cümlədən “Dini abidələrdə tarixin izləri” layihəsi haqqında məlumat verib. Bildirilib ki, layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscid, ziyarətgah, kilsə, sinaqoq və məbədlərdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri həyata keçiriləcək. Layihənin əsas məqsədi Azərbaycanda və Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirilməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi, milli-dini dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri Qasım Hacıyev “Bərdə Azərbaycan tarixində”, AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri Möhsün Nağısoylu “Bərdə İmamzadəsi kompleksinin daş və qəbirüstü yazıları”, Bərdə şəhər Cümə məscidinin axundu hacı Ramazan Hüseynov “Bərdə İmamzadəsi-dini və mənəvi irsimizin yadigarıdır”, “Fərid-inşaat” firmasının direktoru Sübhan Həsənov “Bərdə İmamzadəsi bu gün və sabah” mövzularında məruzələr ediblər.
Məruzə və çıxışlarda Bərdənin qədim tarixi, görkəmli şəxsiyyətlərindən, abidələrindən, Bərdə İmamzadəsi kompleksinin tikilməsindən, daş və qəbirüstü yazılarından danışılıb, “Dini abidələrdə tarixin izləri” layihəsinin əhəmiyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, Azərbaycandakı dini abidələrin arasında ölkəmizin müxtəlif bölgələrindəki imamzadələr xüsusi yer tutur. Bərdə İmamzadəsində VIII əsrdə yaşamış beşinci imam Məhəmməd Bağırın qız nəvəsi İsmayıl dəfn olunub. İmamzadə abidəsi - türbəsi XII əsrdə İbrahim adlı bir tacir tərəfindən inşa edilib. Digər bir məlumata görə, İmamzadə 1322-ci ildə Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən inşa edilib. 1868-ci ildə isə İmamzadə türbəsinin 4 minarəsi şuşalı memar Kərbalayi Səfixan Qarabaği tərəfindən bərpa olunub.
İmamzadənin həyətində Bərdənin bir sıra nüfuzlu şəxsləri dəfn edilib. Bunu 55-ə qədər daş və qəbirüstü yazı sübut edir. Yazıların hamısı ərəb əlifbasında, ərəb, fars, bəziləri isə Azərbaycan dilindədir.
Konfransda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikultiralizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev dövlətimizin başçısının Fərmanı ilə bir neçə ay əvvəl yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas məqsədi və fəaliyyətindən, “Dini abidələrdə tarixin izləri” layihəsinin əhəmiyyətindən danışıb və bərdəliləri layihədə fəal iştirak etməyə çağırıb.
Konfransda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar akademik Kamal Abdullayev tərəfindən cavablandırılıb.
Konfransdan sonra iştirakçılar Bərdə İmamzadəsi, “Torpaqqala” və “Bərdə qalası”nda aparılan bərpa işləri ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxSosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03

