Bakı Beynəlxalq Forumun iştirakçılarını heyran qoyub
04.10.2014 [11:07]
Qonaqlar təəssüratlarını Bilik Fondunun əməkdaşları ilə bölüşüblər
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları IV Bakı Beynəlxalq Humanitar Forumunun müxtəlif ölkələrdən olan iştirakçıları ilə görüşüblər. Qonaqlar Azərbaycan barədə təəssüratlarını bölüşüblər.
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı (1991) Ervin Neher deyib ki, o, Azərbaycanda ilk dəfədir olur: “Bura gəlməmişdən əvvəl həyat yoldaşımla birlikdə ölkəniz haqqında məlumat toplayırdıq. Çox maraqlı bilgilər əldə etdik. Azərbaycanın inkişaf göstəriciləri, müxtəlif din və mədəniyyət nümayəndələrinin ölkənizdə bərabər şəraitdə yaşaması təqdirəlayiqdir. Sizin insanlarınız da fərqlidir. İstiqanlı, ağıllı və sülhpərvər”.
İtalyan yəhudilərinə yardım komitəsinin nümayəndəsi Victor Magiar da ilk dəfədir Azərbaycandadır. O, deyib ki, burada gördüyü mənzərə mətbuat və televiziyada izlədiklərindən qat-qat gözəldir: “Söz tapa bilmirəm... Müxtəlif memarlıq üslubları ilə tikilən binalar, şəhərin dəbdəbəsi, iqtisadi inkişafınız adamı sevindirir”.
Bilik Fondunun əməkdaşı ilə söhbətində V.Magiar onu da qeyd edib ki, belə fondların bütün Avropa ölkələrində yaranması intellektual inkişafa böyük təkan olar: “Sizin Fond eyni funksiyanı yerinə yetirən bütün qurumlarla əlaqəli şəkildə işləməlidir. Bunun üçün sizə hər bir dəstəyi verməyə hazırıq”.
Malayziyanin Bernama agentliyinin baş direktoru Yonq So Heonq Azərbaycanda olduğundan, beynəlxalq səviyyəli forumda iştirak etdiyindən məmnun qaldığını deyib. O, ölkəmizə ilk dəfə 6 il öncə səfər edib: “Çox böyük dəyişikliklər var. Altı il ərzində bu qədər irəliləyiş fantastik sıçrayışdır. Azərbaycanın güclü və ləyaqətli Prezidentinin olması sizin xalqın mükafatıdır. Forumdan çox razı qaldım. Olduqca gözəl təşkil olunub. Bilik Fondu barədə də burada məlumat aldım. Sizinlə daim əməkdaşlıq etməyə hazırıq”.
Azərbaycanda ilk dəfə olan qonaqlardan biri də serbiyalı jurnalist Jasminka Simicdir. Xanım jurnalist Bakıda gəzməyə vaxt tapmasa da, gördüklərindən heyrətlənib: “Bakının gecəsini görmək mənə nəsib oldu. Elə bil nağıla düşmüşdüm. Bundan sonra özümə söz verdim ki, şəhərinizi daha çox gəzəcəyəm. Məni Foruma dəvət edənlərə minnətdaram. İnternetdən tanıdığım ölkə ilə məni qovuşdurdular”.
J.Simicə də Bilik Fondu barədə məlumat verilib. Serbiyalı xanım jurnalist Fondla sıx əlaqələr quracağını deyib: “Düşünürəm ki, Bilik Fondu Azərbaycanı dünyaya tanıtdırmağa daha çox səy göstərməlidir. Bu işi görməkdə Serbiyadan sizə dəstək verməyə, hər hansı layihənizdə məmnuniyyətlə iştirak etməyə hazıram”.
Fizika üzrə Nobel mükafatı laureatı (2006) Corc Ficerald Smutt deyib ki, bu onun Azərbaycana üçüncü səfəridir: “Azərbaycanda gedən inkişaf göz önündədir. Forumda mövzular hər il dəyişir. Builki mövzu seçimini çox bəyəndim. Mənim üçün çox maraqlı keçdi”.
Amerikalı professor Jamaluddin Husain Azərbaycanda tolerantlıqdan xüsusi bəhs edərək bildirib ki, burada dini və milli dözümlülük yüksək səviyyədədir.
Meksikadan olan nümayəndə Miguel Angel Otero Jamayo da eyni fikirləri səsləndirib. O bildirib ki, Azərbaycanda çox sayda millətlərin yaşamasına baxmayaraq, hər birinin azad təhsil və azad ibadət hüququnun qorunması tolerantlığın göstəricisidir.
Cənubi Koreyanın KİAS İnstitutunun professoru Jaevan Kim Azərbaycanın regionun ən inkişaf etmiş ölkəsi olduğunu bildirib. Digər İslam ölkələrindən fərqli olaraq, burada tolerantlıq yüksək səviyyədədir. 2015-ci il Avropa Oyunlarının Bakıda keçirilməsi, Azərbaycanın belə ali beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etməsi onun inkişafından xəbər verir.
Qonaqlar forumda iştirak etməkdən məmnunluqlarını ifadə ediblər. Azərbaycanda multikulturalizmin, tolerantlığın canlı şahidləri olduqlarını deyiblər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

