Azərbaycan Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edəcək
30.09.2014 [09:08]
Oktyabrın 1-dən 5-dək Qəbələ rayonunda “Nifrət nitqinə yox hərəkatı” Beynəlxalq Gənclər Forumu keçiriləcək.
Forum Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Xarici İşlər, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Avropa Şurasının, Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı ilə reallaşdırılır.
ARGTMŞ-dan AzərTAc-a bildiriblər ki, Forumda Avropa Şurasının üzvü olan 47 ölkədən 250-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulur.
Forumun açılış mərasimi oktyabrın 2-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində olacaq.
Mərasimdə Azərbaycan hökumətinin və Avropa Şurasının yüksək səviyyəli rəsmilərinin iştirak edəcəkləri gözlənilir.
Forumun məqsədi “Nifrət nitqinə yox hərəkatı” çərçivəsində milli və Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhfə verməkdir.
Tədbirdə nifrət nitqi və ayrı-seçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaq. Müzakirələrdə iştirakçıların fikirləri və təklifləri dinləniləcək.
Forumun gedişatını onun rəsmi saytı www.nohateforum.az, kampaniya haqqında məlumatı isə www.nohatespeechmovement.org ünvanından əldə etmək mümkündür.
“Nifrət nitqinə yox hərəkatı” kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir.
ARGTMŞ “Nifrət nitqinə yox hərəkatı” kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir.
Şura 2013-cü ilin aprelindən Avropa Şurasının “Nifrət nitqinə yox hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunların sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən gənclər həftəsi, “Nifrət nitqinə yox hərəkatı” fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir. Bundan başqa, kampaniyanın andı Azərbaycan tərəfindən hazırlanıb və Avropa Şurasına təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

