Prezident İlham Əliyevin İsmayıllıya hər səfəri rayonun gələcək inkişafı üçün möhkəm təməl olur
26.09.2014 [09:34]
İsmayıllı şəhərində Prezident İlham Əliyevin sentyabrın 22-də bölgəyə səfərinin yekunlarına həsr olunan fəallar yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, sahibkarların, əmək veteranları və gənclərin, ziyalıların iştirak etdikləri yığıncağı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov açaraq Prezidentin bölgəyə növbəti səfərinin böyük tarixi əhəmiyyətindən, insanlarda yaratdığı yüksək əhval-ruhiyyədən, onların çalışmaq, qurub-yaratmaq əzminin möhkəmlənməsinə göstərdiyi təsirdən danışıb.
Bu səfərin qarşıdakı neçə-neçə illərin inkişafı üçün möhkəm təməl qoyduğunu vurğulayan natiq dövlətimizin başçısının səfər çərçivəsində rayon mərkəzi xəstəxanasında, rayon İcra Hakimiyyətinin inzibati binasında, rayon mədəniyyət sarayında aparılan əsaslı və yenidənqurma işləri ilə tanış olduğunu, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçasının, YAP İsmayıllı rayon təşkilatı üçün yeni tikilən inzibati binanın açılışında iştirak etdiyini, ümumi sahəsi 2 hektar olan uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanışlığını, ictimaiyyət nümayəndələri ilə səmimi söhbət etdiyini bir daha diqqətə çatdırıb.
Bildirilib ki, səfər zamanı tapşırıqlar verən, yeni layihələrə dəstək olacağını bildirən dövlətimizin başçısının tükənməz qayğısı, ardıcıl diqqəti digər bölgələr kimi, İsmayıllının da bütün sahələrdə sürətli inkişafını təmin edib. Təsadüfi deyildir ki, dövlətimizin başçısı səfərin ertəsi günü - sentyabrın 23-də İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsaitin ayrılması barədə ismayıllılar tərəfindən minnətdarlıqla qarşılanan Sərəncam imzalayıb.
Fəallar yığıncağında Prezident İlham Əliyevin İsmayıllıya səfərinin yekunları ilə əlaqədar qarşıda duran vəzifələr müəyyənləşdirilib, bununla bağlı tədbirlər planı təsdiq olunub.
Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43

